Azərbaycanda hansı daha azdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 977
Səs ver:
(səs: 1)


http://imgs.su/tmp/1316240162-656.jpg

Azərbaycanda hansı daha azdır?

Gözəl qız - Zövq kimi gözəllik də nisbidir. Yəni birinə görə gözəl olan qız, bir başqasına görə gözəl sayılmaya bilər. Hər kəsin, xüsusilə oğlanların gözəllik anlayışı müxtəlifdir. Atalar da deyib, "Könül sevən göyçək olar" yəni kimisinə görə gözəl olmayan qız onu sevənlərə görə gözəl ola bilər.

Ağıllı qız - Ağıllı və özünə güvənən qadın ən çətin problemlər qarşısında belə doğru qərarı verir. Savadlı olmaq asandır, amma ağıllı olmaq bir az çətindir. Ağıllı qız hissləriylə deyil ağlıyla ön planda olandır. Ağıllı qız öz ağlı iləhər bir kişini qorxutmağı bacarmalıdır.

Savadlı qız - Əvvəlki dövrlərdə qızların oxuması birmənalı qarşılanmırdı. Hətta ailələr tərəfindən ciddi qadağa da qoyulurdu. Amma son dövrlərdə inkişafın hər sahədə sürətlə getməsi, bu mövzuda da fikirləri fərqliləşdirdi və hətta qarşı tərəf daha çoxaldı. İndi "Qız uşağıdır, qoy oxusun, qız uşağının oxuması lazımdır" fikri daha üstünlük təşkil edir. Haqq üçün deyək ki, indiki zamanda oxumaq üçün də hər şərait var, əsas istəkdir. Özünə karyera quran, gələcəyini təhsili üzərində quran, bunu şəxsi həyatından üstün tutan qızlarımız indiki halda az deyil. Təbii ki, təhsili önəmli saymayanlar da var.

Zövqlü qız - İnsanların son dövrlərdə daha çox mübahisə və müzakirə mövzularını "işğal edən" zövq. Hər kəsə görə dəyişir zövq. Müxtəlif cür olur... Musiqi zövqü, geyim zövqü və s. Bir qıza görə zövqlü olan bir çox qıza görə dəyişə bilər. Və ya ətrafında olanlara görə zövqlü görünməyə bilər. Qızların ilk əvvəl xarici görünüşü yəni geyim zövqü mühüm əhəmiyyət kəsb edir. Bu onun haqqında ilkin informasiya deməkdir. Hər zaman özünü doğrultmasa da adətən bu fikir doğru olur. Atalar deyib, "İnsanı geyiminə görə qarşılayıb ağlına görə yola salarlar". Odur ki, bir qızda zövq, xüsusilə geyim zövqü mühüm əhəmiyyət kəsb edir.

Mus, mus etdiyim bəsdir, sualım belədir:
Azərbaycanda hansı daha azdır?
Gözəl qız; Ağıllı qız; Savadlı qız; Zövqlü qız?...

Qızlara sual:
Bəs siz özünüz hansındansınız? Bircə deməyin ki, hamısı:)

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri