"Ən mənalı şeir mənindir" [QaLiB]

Müəllif: Onun_Mələyi
Şərhlər: 19
Baxılıb: 3499
Səs ver:
(səs: 2)
Salam dəyərli Qadınla.Com əhli08 "Ən mənalı şeir mənimdir" yarışmasının səs verməsi nəhayət sona çatdı,qalibi bəlli olduponpon




1- Onun_Mələyi 20 səslə08

Doğulub elə ki,gəldim dünyaya
Çıxdi rahatlığın əlindən ANA.
Gecələr yatmayıb laylamı dedin,
“Of” sözü eşitmədim dilindən ana.

Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi ayaq üstəsən nə mənasi var?
Yüz kərə öpsəm də əlindən ana

2 _ Asiman -2 səslə08

Könlüm qubar bağlayıb ahəstə-ahəstə
Keçir günlərim ömrümdən asta-asta
Heç bəxtim gətirmədi bu həyatda
Bezmişəm yaşaya bilmirəm səni həyat

3_ Canan-0 səs08

İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...

Mən ki, görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış,
Kim deyir, bir dəfə sevilir insan,
Sən demə, təzədən sevmək olarmış

4_Tomris Müslümova-0 səs08

Mən bir qəm dəryasıyam,
Sahilim duman almış.
Mən bir qəm ağacıyam,
Yarpaqları saralmış.

Mən bir qəm çiçəyiyəm
Qönçəsi vaxtsız solmuş.
Bir cüt qəmli gözlərəm
Göz yaşlarıyla dolmuş.

5_ Narın Yağış-5 səslə08

Gözünə baxmaqdan doymadım sənin,
Gözlərim hər yerdə səni axtarır.
Ürəyim hey sənin arxanca qaçır,
Ağlım dur deyir, geri qaytarır.

De hansı vicdanla rahat olursan?!
Qırılmış qəlbimi qırıb getmisən
Son dəfə dürüst ol, yalan danışma
Bir zərrə də olsa məni sevmisən?.

6_YalnıZ-ArZu 5 səslə08

Onunla dünyadır sənə qəfəs də
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə,
Ən gözəl dərmandır,QADIN ÜRƏYI.

Ömrə zinət verən,səadət quran,
Kişi ürəyini nurla dolduran.
Isməti bir nəsli göyə qaldıran,
Eşqə hökmürandir QADIN ÜRƏYI.


Səs vermə nəticəsindən də bəlli olduğu kimi qalib mən (yəni Onun_Mələyi)yəm09
Yarışmada ,səs vermədə iştirak edən, və mənə səs verən bütün bacılarıma minnətdarlığımı bildirərəmmucuxkivir
(səs: 2)
Şərhlər: 19
Baxılıb: 3499
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri