Diqqət! Hər bir kişi üçün vacib olan MƏLUMAT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 664
Səs ver:
(səs: 1)
Prostat vəzi sidik kisəsinin altında yerləşən şabalıda oxşar və həmin ölçüdə olan kişi cinsiyyət vəzisidir. Sidik kanalının arxa hissəsi prostat vəzinin içərisindən keçərək sidik kisəsinə daxil olur. Prostat vəzinin əsas funksiyası xüsusi maye olan prostat şirəsini ifraz etməkdir. 40 yaşından sonra bütün kişilərdə hormonal dəyişikliklərlə əlaqədar prostatda böyümə baş verir. Əksər hallarda prostatın yaş ilə əlaqədar böyüməsi xoşxassəli olur və mütəxəssislər bunu prostat vəzinin xoşxassəli hiperplaziyası (böyüməsi) adlandırırlar. Sidik kanalı prostatın içərisindən keçdiyindən, vəzinin böyüməsi zamanı yaşı 50-ə çatmış kişilərin çoxunda sidik buraxmada çətinləşmə, sidik kisəsinin natamam boşalması hissi və sidik şırnağının zəifləməsi şikayətləri əmələ gəlir. Bu şikayətlərə yaşı 60-a çatmış kişilərin 50%-də, 80 yaşlı olanların isə 80%-də rast gəlinir. Prostat vəzinin hiperplaziyasının risk faktorları: - Yaş - İrsi faktor (yaxın qohumlarda prostat vəzinin böyüməsi hallarının olması) - Metabolik sindrom (şəkərli diabet, piylənmə və s.) - Sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri. 1990-cı illərdən başlayaraq bu günə kimi Avropa və Amerikada prostat vəzi xəstəliklərinin aşkarlanması, profilaktikası və maarifləndirilməsi ilə bağlı ciddi işlər aparılıb və bu işlər çox yaxşı nəticələr verib. Belə ki, 90-cı illərdə bu ölkələrdə prostat vəzi xərçənginə tutulan hər 3 xəstədən biri dünyasını dəyişirdi. Hal hazırda bu rəqəm 10 dəfə azalıb. Bunun əsas səbəbi əhalinin prostat vəzi xəstəlikləri mövzusunda maarifləndirilməsi və hər kəs üçün əlçatan, ucuz və 1 gün müddətində hazır olan laborator-instrumental müayinələrinin aparılması olmuşdur. Mütəxəssislər prostat vəzi xəstəliklərinin vaxtında aşkar olunması üçün 40 yaşdan sonra ildə 1 dəfə həkim müayinəsindən keçməyi tövsiyə edir.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 664
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
kisiler ucun lazimli melumatdir
25 mart 2018 22:44
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Cema_Axodova
bizde qohumda vardi emeluyyat olundu kecdi.vaxtinda ustune duwsen hecne problem olmur
25 mart 2018 19:03
4
p.s
Offline
Efsuw2016
qaynatam bu problemdən illərdi eziyət cəkirdi axi keçən il əməliyat vasitəsiylə xilas oldu Allah hec bir kisiyə gösderməsin mən buna xəsdəlik yox kişilərin bəlasi deyərdim
25 mart 2018 09:38
3
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Offline
Selena
Xebere gore tesekkurler.
25 mart 2018 09:33
2
Bu dünya yaxşı olanların deyil,yaxşı rol oynayanların dünyasıdır.
Offline
❤Ə❤CANAN❤G❤
Xeber ucun sag ol tsk
25 mart 2018 07:56
1
canan qizim sirin seker qizim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri