Cinsi istəksizliyin səbəbi sevgisizlikdir?

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 1 680
Səs ver:
(səs: 0)
Partnyorunuzla yataqda əvvəlki kimi istəkli olmadığını düşünürsünüz? Yaşadığınız o ilk həyəcan və istəklər sizi kifayət qədər xoşbəxt etmir və geri çəkirsə, bir çox səbəbə bağlı olan bu vəziyyətdən bir an əvvəl qurtulmalısınız. Cütlüklər arasındakı sevgini fiziki olaraq bir araya gətirən intim münasibətdə istəksizlik yaşayırsınızsa, bilməli olduğunuz bəzi şeylər var.

Psixolojik ola bilər!

Partnyorunuzla yataqdakı istiqrarsızlığınızın səbəbi psixologiyaya bağlı səbəblərdən ola bilər. Əgər hormonal bir probleminiz yoxdursa, bəzi duyğusal səbəblərdən dolayı istəksizlik yarana bilər. Əslində bu, cütlüklər arasında tez-tez rastlanan haldır. Cütlüklərin bir-birini zamanla bəyənməməsi psixolojik problemlərə səbəb ola bilər, bunun üçün terapistlərin köməyi ilə müalicə almaq lazımdır.

Cinsi problemlərinizi partnyorunuzla birlikdə həll edin!

Cinsi problemlər tək başına öhdəsindən gələ biləcəyiniz bir vəziyyət deyil, bunu bir komanda şəklində həll etməlisiniz. Əgər bir problemlər qarşı-qarşıya qaldığınızı hiss edirsinizsə, bunu mütləq partnyorunuza danışın və birlikdə həll etməyə çalışın.

Bunu bir iş olaraq görməyin!

Partnyronuzla aranızda olan münasibəti sadəcə iki bədənin birləşməsi olaraq görməkdən ziyadə, sevginizi hiss etdirə biləcəyiniz başqa bir yol olaraq görə bilərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 680
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri