Qadınlarda intimual disfunksiyaların müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 887
Səs ver:
(səs: 3)
Bu mövzu olduqca maraq doğuran və hər zaman izlənilən bir tibbi-sosial problemdir. Mövzu xüsusən Azərbaycan reallığı üçün çox aktual hesab olunur.
Qadınlarda intimual funksiyanın pozulması əksər vaxtlarda diləgətirilmir. Bu isə öz növbəsində tibbi və eyni zamanda ailədaxili sosial-psixoloji problemlər yaradır.
articles: Ulviyye-Aliyeva_uroloq.jpgMəsələ ilə bağlı münasibətini öyrəndiyimiz uzman-həkim, HB klinikasının uroloqu Ülviyyə Əliyeva həqiqətən bu problemə ciddi yanaşmağın vacibliyini vurğuladı: "İlk növbədə qeyd etməliyəm ki, bu cür şikayətlərlə müraciət edən xəstələrdən diqqətlə anamnez toplayıb, ona diqqətlə qulaq asmaq, gərəkli  məlumatları, o cümlədən qadının psixoloji durumunu təhlil etmək lazımdır.Qadında klimaks varmı, hansı xəstəlikləri keçirib? İndiyədək hansı dərmanları qəbul edib? Ginekoloji xəstəliyi varmı? Sosial statusu necədir? Bu kimi suallara cavab almaq lazımdır. Müalicənin effektivliyi və uğurlu nəticə verməsi üçün xəstənin sosial vəziyyəti, təhsili də rol oynayır. Çünki bunlar xəstənin müalicəni ciddi və düzgün bir şəkildə anlayıb-anlamayacağına və düzgün aparıb-aparmayacağına bağlıdır. Dizqnoz nə qədər erkən qoyulsa müalicə də o qədər yaxşı nəticə verir.”
Ulviyyə Əliyeva qeyd etdi ki, intimual problemlərdən danışarkən qadınlarda cinsi əlaqənin mürəkkəb, nevroloji sistemlərlə əlaqəli olmasını da unutmaq olmaz: "Xəstə ilə söhbət edəndə, analiz edəndə nevroloji problemləri, vaskulyar problemləri, vegetativ sistemlərin problemlərini nəzərə almaq lazımdır. Qadında sosial vəziyyət, intimual təcrübələr də rol oynayır. Ümumiyyətlə qadınlarda intimual disfunksiyalar barədə müxtəlif araşdırmalar var. Bəzən qadınlarda cinsi fəaliyyətlə bağlı funksiyaların pozulması faizinin artması düzgün diaqnoz qoyulmaması ilə bağlı olur. Təəssüf ki, bir sıra həkimlər xəstəni müayinə edəndə "Səndə heç nə yoxdur” deyib sakitləşdirirlər və doğru bir müalicə təyin etmirlər. Nəticədə isə qadında müəyyən problemər davam edir. Qadında intimual disfunsiya onda müəyyən narahatlıqların nəticəsi hesab edilir. Qadında cinsi əlaqə zamanı ağrı varsa, intimə qarşı istəyi azalır. İstək azalanda da məmnuniyyət olmaz. Məmnuniyyət azalıbsa orqazm da azalır. Hər bir problem başqa bir problemi artırır. Get-gedə xəstənin şikayətləri də artır. Bu da qadının ümumi yaşam tempinə mənfi təsir göstərir.”
Ülviyyə həkim bildirdi ki, qadını müayinə edəndə həkim hansı sualı soruşmaq lazım olduğunu bilməlidir: "Biz vaxtilə Ege Universitetində bu mövzuda bir-neçə araşdırma aparmışdıq. Elmi təcrübələrdə artıq effektiv müayinə üçün standart suallar tərtib edilib. Araşdırmamızda türk-müsəlman mentalitetini nəzərə alınaraq bəzi dəyişikliklər edilmişdir.Təqribən 50 sualdan ibarət bir testdir. Bu suallara əsasən qadında hansı problemlərin olması müəyyən edilirdi. Qadında eyni vaxtda bir-neçə disfunksiya varsa müalicə çətin gedir və problemin ciddi olmasi məlum olur.”

Həkimin sözlərinə görə qadınlarda intimual problemlərin çoxu ciddi xəstəliklər səbəbiylə baş verir:
" Məsələn, diabet bu baxımdan nəzərə alınmalıdır. Diabetik retinopatiya, diabetik nefropatiya, diabetlə bağlı nevroloji problemlər olur. Diabet zamanı bu kimi problemlərlə yanaşı kiçik çanaqda damarlarla bağlı problem yaradır və cinsi istəyin azalmasına da səbəb olur. Beləliklə qadında intimual disfunksiya əmələ gəlir. intimual disfunksiyaya səbəb olan digər bir faktor olaraq kardiovaskulyar xəstəlikləri də qeyd etmək yerinə düşər. Məsələn, damar problemləri tənginəfəslik yaradır. Eyni zamnda artrit, oynaqlarda iltihabi proseslər də qadınlarda intimual disfunksiyaya yol açan bir səbəbdir. Cinsi əlaqə zamanı müxtəlif pozisiyalar almasına mane olur və sairə. Habelə qadınlarda sidiyi saxlaya bilməmə də intimual disfunksiyayla bağlı əngəllər yaradır. Sidik saxlaya bilməmə həm qadının özündə psixoloji diskomfort, həm də cinsi partnyorda diskomfort yaradır. Bunların hamısını bilmək və soruşmaq lazımdır. Təcrübəmizdə həm xroniki sistitlə, həm də ginekoloji xəstəliklərdən eyni zamanda əziyyət çəkən qadınlara rast gəlirik. Cinsi əlaqə zamnı ağrı olduğuna görə bir çox qadınlar intimual əlaqədən çəkinirlər. Bəzi qadınlarda uşaqlıq yolu yaxın olur bu da ağrı verə bilir. intimual keyfiyyəti artırmaq üçün müvafiq müalicə aparılır, məsələn, nəmlənməni artıran, sistiti götürən müalicə təyin edilir və sairə.”
Hansı dərmanlar qadınlarda intimual disfunksiyalara səbəb olur? Ülviyyə Əliyeva bu suala da aydınlıq gətirdi: "intimual disfunsiyalar yaradan bir sıra dərmanlar vardır.Xüsusən nevroloji dərmanları, həkim-nevropatoloqların yazdıqları dərmanları qeyd etmək olar. Həmçinin qan təzyiqi olan xəstələri müalicə edərkən yazılan beta blokerlər da cinsi istəyi azaldır. Bundan əlavə tez-tez istifadə edilən daha bir dərman olan antihistamin preparatlar da ciddi intimual problemlər yarada bilir. Bunlar dərmanların içindəki instruksiyada yazılmır. Sadəcə bunu bilmək, öyrənmək lazımdır.”
Qadının yaş faktoru da cinsi disfunksiyada rol oynayan vacib amildir. Menopauza zamanı qadında cinsi sferada müəyyən dəyişikliklər baş verir. Bu zaman cinsi istəksizlik meydana gəlir. Dəridə cinsi qıcığa olan reaksiya azalır. Uşaqlıq yolunda qısalma olur, nəmlənmə də azalır. Süd vəzilərində də cinsi qıcığa olan cavab da azalır. Sidik yollarında atrofiyalar da özünü göstərir.
Bundan başqa qadının bir sıra psixoemosional və şəxsi səbəblər də intimual disfunksiyaya səbəb olur: "Dini-sosial səbəblər, hansı ailədə böyüməsi, qadının keçmişində baş verən hadisələr, qadının zorlamaya məruz qalması, cinsi-psixoloji travma alması intimual disfunsiyada rol oynayır. Bundan əlavə intimual təcrübəsizlik də cinsi funksiyanın yerinə yetirilməməsinə təsir göstərir. Habelə intim partnyorla arasında olan problem də rol oynayır. Maddi stress də intimual problemlər yarada bilir. Həmçinin ailədə, iş yerində olan konfliktlər də intimual problemlərə səbəb ola bilir.”
Həkim-mütəxəssis əlavə etdi ki, qadınlarda intimual disfunksiyanın müalicəsi prinsipləri əlbətdə ki, birinci növbədə maarifləndirmədən başlayır: "Müəyyən vərdişləri dəyişdirmək, qıcıqlandırma texnikalarını tənzimləmək, sevişmə müddətini uzatmaq və ağrı varsa ağrını götürmək lazımdır ki, bu da cinsi əlaqənin keyfiyyətini artırır. Xəstə həkimlə birgə utanmadan, sıxılmadan rahat bir atmosferdə dialoqda olmalıdır. intimual problemləri aradan qaldırmaq üçün sağlam həyat tərzi lazımdır. Siqaretdən uzaq, idman və gimnastika ilə məşğul olsa yaxşıdır. Anadan, atadan, qonşudan, ətrafdakılardan deyil, sadəcə ixtisaslı həkimdən məsləhət almaq lazımdır. Müalicədə istəyin pozulmasını aradan qaldırmaq üçün esterogen (qadın hormonu) əvəzedici terapiya lazımdır.Testesteron müalicəsi təyin etmək mümkündür. Nəzərə alınmalıdır ki, qadın süd vəzi xərçənginə məruz qalıbsa, qaraciyər xəstəlikləri varsa, dərisində akne-civzələr varsa və digər kontrol altına alınması lazım gələn durumlarda xəstəyə testesteron vermək qəti olmaz. Yeri gəlmişkən, qadında intimual disfunksiyanın müalicəsindən əvvəl qaraciyər analizləri, testesteron hormonu səviyyəsi yoxlanmalıdır.”
Həmsöhbətimizin vurğuladı ki, bəzi qadınlarda intimual əlaqədən məmnunluq hissinin azalması və ya itməsi də tez-tez rast gəlinən intimual problemlərdəndir. Bu zaman müəyyən məşğələlər təyin edilir. Cinsi əlaqədə ağrı varsa deməli kiçik çanaqda ginekoloji problemlər var. Bu problemləri aradan qaldırmaq lazımdır. Əgər uzunmüddətli intimual pozuntu varsa, qadına qarşı zorakılıq, intimual təcavüz varsa psixiatr və ya psixoloq müalicəsi də eyni zamnda aparılmalıdır
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 5 887
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri