Döş xərçəngindən qorunmaq üçün QIZIL MƏSLƏHƏT:

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 612
Səs ver:
(səs: 0)


Döş xərçəngindən qorunmaq üçün QIZIL MƏSLƏHƏT: Körpələrinizi əmizdirin

Uşağı əmizdirməyin xeyirlərini öyrənmək üçün bu yazını mütləq oxuyun!

 

 

Əmizdirmək niyə vacibdir?

 

Bununla bağlı analara dəyərli məsləhətlər təqdim edir. 

 

Ana südünün süni qidalara nisbətən daha faydalı olduğu dəfələrlə sübut olunub. Körpə ana döşündən bədən temperaturunda, steril, təbii, həzmi asan olan bir qida qəbul edir. Ana südü həzm sistemi hələ formalaşmamış körpə üçün ən yaxşı qidadır.

 

Bəs əmizdirməyin başqa nə faydaları var?

 

- Ana ilə körpə arasında ruhi əlaqə güclənir.

 

- Ananın döş xərçəngi riski azalır.

 

- Ana üçün təbii sakitləşdirici təsiri var.

 

- Ananın doğuşdan qalan artıq çəkisini atmağı asanlaşdırır.

 

- Ananın uşaqlıq əzələlərinin sıxılmasıyla qanama və beləcə, dəmir əskikliyinə bağlı qansızlıq riski azalır.

 

- Vaxta və pula qənaətdir.

 

- Körpə daha tez böyüyür və immun sistemi daha güclü olur.

 

- Hər əmizdirmənin axırına yaxın gələn və körpənin tox qalmasını təmin edən son süd gələcəkdə köklük riskini aşağı salır.

 

- Allergik xəstəlik riski azalır.

 

- Anasının südünü əmən uşağın özünə inamı daha güclü olur.

 

- Ana südü əmən körpələr daha sakit olur. 

 

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 612
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri