QADINLARDA ANAL ÇAT.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 13 828
Səs ver:
(səs: 3)
QADINLARDA ANAL ÇAT.

Anal kanalın çatı, proktoloji xəstəliklər arasında ən çox təsadüf olunan patologiyalardandır. Əsasən orta yaşlı şəxslər bu xəstəlikdən əziyyət çəkir. Qadınlarda daha çox rast gəlinir. Xəstəliyin səbəbi müxtəlif ola bi...lər. Bu xəstəliyin səbəbi mexaniki amillər, xüsusən nəcisin tərkibində olan bərk qalıqların olması və təbii doğumdan sonra anal kanalda yırtıqların olması əsəs səbəp kimi qösterilir.
Ümumiyyətlə daimi qəbizlik, doğuş, babasil və proktit anal kanalın çatının əmələ gəlməsinə səbəb ola bilər.

Anal çatın əlamətləri:

Düz bağırsağın çatının əsas əlaməti ağrıdır.Ağrı xarakterinə, intensivliyinə və davametmə müddətinə gorə müxtəlif olur. Adətən ağrı çox güclü, daimi, tutma şəkilli, kəsici və deşici xarakterdə olur. Ağrılar əsasən defekasiya aktı ilə əlaqədar olur. Bəzi xəstələrdə ağrı defekasiya aktı ilə başlayır və saatlarla davam edir. Bəzi xəstələrdə isə defekasiya aktı bitdikdə ağrı da azalır.
Çatın dibində olan sinirin daimi qıcıqlanması anal sfinkterin daimi spazmasına, bu da ağrının daha şiddətli olmasına səbəb olur. Xəstələr ağrını azaltmaq üçün müxtəlif vəziyyətlər alırlar, bəzən özlərinə yer tapa bilmirlər.
Yeni yaranmış çatlar xroniki çatlara nisbətən daha ağrılı olur. Ağrılar sidik kisəsinə, uşaqlığa, aralığa və belə yayıla bilir. Ağrı bu nahiyyələrə yayılaraq qadınlarda adət pozğunluğuna səbəb olur.

Anal Çatın əsas əlamətindən biridə QANAMADIR !

Qan adətən defekasiya aktı zamanı ifrazatda çat olan tərəfə uyğun olaraq zolaq şəklində olur. Bu xüsusiyyət adətən xəstələrin özləri tərəfindən qeyd olunur.

MÜALİCƏSİ:

Anal kanalın çatının həm konservativ yəni dərman mualicəsi həm də cərrahi yolla mualicəsi mümkündür. Son dövrlərdə ağrısız və qansız cərrahi metoda daha çox üstünlük verilir. Bu zaman xəstəliyin təkrar olunması da az qeyd olunur.

QEYD:
ANAL KANALIN ÇATI ƏMƏLİYYATI 15 - 20 dəq ƏRZİNDƏ EN SON ÜSULLA CƏRRAH - PROKTOLOQ TÜRKAN HACIYEVA TƏRƏFİNDƏN İCRA OLUNUR.
 
 


ÜMUMİ- CƏRRAH PROKTOLOQ. DR.HACIYEVA TÜRKAN.
MEDİKAL PLAZA KLİNİKASINDA İŞLƏYİR.
MOB: 051 505 84 02
 
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 13 828
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri