Yadda saxlamaq lazımdır ki

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 407
Səs ver:
(səs: 0)
• Çох vaxt xəstəlik əlamətsiz keçir
• Müalicə olunmamış xlamidioz sonradan kişilərdə sonsuzluq və cinsi zəiflik, qadınlarda isə hamiləliyin sonadək çatmamasına və yeni doğulmuşların patologiyasına gətirib çıxarır.
Müalicə:
• Xlamidioz antbiotiklərlə müalicə olunur. Onlar həkim tərəfindən təyin olunur.
• Müalicəni bacardıqca tez başlamaq lazımdır, bu fəsadların qarşısını alır.
Süzənək (qonoreya, tripper)
Xəstəliyi törədən qonokok bakteriyasıdır. Yoluxdurucu partnyorla cinsi əlaqədə olanda keçir. Qonokok ən çox isti, nəm yerlərdə aktiv inkişaf edir (cinsiyyət üzvlərində, ağızda, gözdə). Inkubasiya dövrü 3-5 gündür. Süzənək xəstəliyində sidik, cinsiyyət üzvlərində, düz bağırsaqda, ağızın selikli qişasında, boğazda iltihablar əmələ gəlir, konyuktivit də ola bilər. Boğazda, düz bağırsaqda gicişmə, sidik ifrazında ağrılar ola bilər. Xəstəlik zamanı kəskin qoxulu, qatı, sarı rəngli ifrazatlar olur. Bakteriyalar artaraq oynaqlara, qarın boşluğuna, beyin qişalarına keçə bilir. Xəstə müalicə olunmuş qonokoklar tez bir vaxtda uşaqlığa, fallop borularına yayılır, qadında sonsuzluq baş verir. Kişilərdə prostatit olur, sonsuzluq baş verir, çünki spermatozoidlərin axınında keçməməzlik yaranır. Süzənək gənclər üçün xüsusən qorxuludur, çox vaxt artrit, ürək xəstəlikləri əmələ gətirir. Əvvəllər süzənəyi pensilinlə müalicə etmək olurdu, son vaxtlar qonokoklar preparata qarşı davamlılığı artmışdır. Odur ki, müalicə çətinləşmişdir.
Qonoreyanın əlamətləri (simptomları):
• Kişilərdə — cinsiyyət üzvündən «qaymaqvari» irinli ifrazat, qaşınma, ağrılı və tez-tez olan sidik ifrazatı.
• Qadınlarda — uşaqlıq yolundan və sidik kanalından sarımtıl və ya yaşılımtıl ifrazat, qaşınma, ağrılı və tez-tez olan sidik ifrazatı.
Yadda saxlamaq lazımdır ki:
• Qonoreya özbaşına keçmir, mütləq müalicə almaq lazımdır
• Müalicə olunmayan (xroniki) qonoreya gələcəkdə sonsuzluqla nəticələnir
• Yoluxmuş ana doğuş zamanı xəstəliyi uşağa keçirə bilər.
Müalicə: Qonoreya antibiotiklərlə müalicə olunur. Onlar həkim tərəfindən təyin olunmalıdır.
Trixomonaz
Trixomonaz — sidik cinsiyyət sistemi üzvlərinin selikli qişasının iltihabıdır — yanma gicişmə, çoxlu miqdar sarı rəngli pis qoxulu irin ifrazatı ilə müşayiət olunur. Trixomonada adlanan birhüceyrəli parazit vasitəsilə yayılır. Uşaqlıq yolunu və sidik kanalının selikli qişasını zədələyir. Kişilərdə əlamətləri azdır və ya heç yoxdur. Qadınlarda sidik ifrazı zamanı yanğı hissi, qaşınma, uşaqlıqdan kəskin iyli, köpüklü, ağımtıl ifrazat gəlir. Ona görə də, özləri də bilmədən infeksiya daşıyıcısı olurlar. Əlamətlər yoluxmadan 4 gündən 3 həftəyə qədər müddətində üzə çıxa bilər. Müalicə trixomonaza qarşı həblərlə aparılır, təkrar xəstələnməmək üçün eyni vaxtda hər iki partnyor müalicə olunur. Ən çox yayılmış trixomoniaz — sidik-cinsiyyət üzvlərinin trixomoniazıdır, ikinci yerdə — düz bağırsaq trixomoniazıdır.
Yadda saxlamaq lazımdır ki:
• Vaxtında olmayan və ya düzgün aparılmayan müalicədən sonra trixomoniaz xroniki formaya keçə bilər.
• Yoluxmuş anaların uşaqlarının 5%-i trixomoniazlı xəstə olur
Müalicə:
• Parazit əleyhinə preparatlarla müalicə olunur
• Müalicə mütləq həkimin təyinatı və müşahidəsi altında aparılmalıdır
Kandidozlar
Kandidozlar kandida göbələkləri tərəfindən törədilir. Kandidalar — sağlam adam dərisinin və selikli qişaların daimi nümayəndələridir. Onlar şəraitdən asılı olaraq xəstəlik törədirlər — məsələn, immun sistemi zəiflədikdə, şəkərli diabet zamanı, antibiotiklərin çox qəbulu zamanı, hamiləlik zamanı ve s. Beləliklə, kandidoza cinsi yolla yoluxmaq əsas şərt deyil, lakin xəstəlik kəskin olduqda bəzən partnyoru yoluxdurmaq olur. Əlamətlər: Yoluxmadan 4 gün-2 ay (orta hesabla 2-3 həftə) keçdikdən sonra əmələ gəlir. Kişilərdə — cinsiyyət üzvünün başında qızartı və ağımtıl erp şəklində; Qadınlarda — uşaqlıq yolunun və kiçik dodaqların əziyyətli qaşınma və yanğısı, kəsmik və ifrazat və qızartı şəklində özünü büruzə verir.
Yadda saxlamaq lazımdır ki:
• Kandidoz bəzən müalicəyə pis tabe olur, xəstəlik çox vaxt qayıdır, buna görə təkrar müalicə kursları lazım olur.
• Kandidozun inkişafına müsbət təsir edən amillərin aradan qaldırılması, orqanizmi müqavimətini möhkəmlədən, immun sistemin güclənməsinə təsir göstərən vasitələrdə (vitaminlərdən) istifadə etmək, və paralel olaraq partnyoru müalicə etmək lazım olur.
Müalicə: Göbələk əleyhinə preparatlarla aparılır. Onlar həkim tərəfindən təyin edilir.
Qasıq biti
Xəstə adamla cinsi kontaktda olanda çox vaxt qasıq bitliliyinə yoluxurlar. Bitlər isti tük çox olan yeri xoşlayırlar (qasıq nahiyəsi). Bitlərdən azad olmaq üçün xüsusi preparatlardan istifadə etmək lazımdır
Qoturluq
Qoturluq cinsi yolla yayılır. Başqa yayılma yolları da vardır. Xəstənin alt paltarı,dəsmalı ilə təmasda olduqda da infeksiya keçə bilər. Xəstəlik xırda həşarat — qotur gənəsi ilə yayılır. Bu gənələr cinsi üzv nahiyəsində və bədənin başqa yerlərində (baş və boyundan başqa) yaşamağı xoşlayırlar. Olduqları yerdə, xüsusən gecələr, qaşınma göynəmə hissi törədirlər.Qoturluğun üzvlərinin xüsusi dərmanlarla müalicə edirlər.
Çanag üzvlərinin iltihabı xəstəlikləri
Xlamidioz, süzənək və s. CYYİ reproduktiv üzvlərin iltihabını əmələ gətirir. Belə infeksiyalar bitişmələr (spayki) yaradır, uşaqlığa mayalanmış yumurta hüceyrəsini normal keçməsinə əngəl törədir, sonsuzluq baş verir. Uşaqlıqdan kənar hamiləlik yolu döl uşaqlıq borusunda inkişaf edir, vaxtında aşkar olunmasa boru partlayır, qadının ölümünə səbəb olur. Qadınların cərrahiyyə əməliyyatından sağ qalmaların baxmayaraq, 70%-i sonsuz olur. Kişilərdə qeyri-qonokok urətriti olur, əlamətlərinə görə süzənəyə oxşayır. Вu reproduktiv sistemdə iltihabi prosesə səbəb olur və sonsuzluğa gətirib çıxara bilir. Yeniyetmə qızın uşaqlıq boynunun selikli qişası artıq dərəcədə selik ifraz edir ki, bu da CYYİ üçün münbit şərait yaradır. Aybaşı başlanandan sonra 2 il ərzində ovulyasiyasız keçir, seliyi durulaşdırır, mikrobların inkşafına şərait yaradır. Tədqiqatı göstərir ki, çanaq nahiyəsində iltihablı xəstəliklərin inkişafını proqnozlaşdıran parametr cinsi həyatın başlanğıcıdır. Cinsi həyata 16 yaşına qədər başlayan qadınlarda, daha gec seksual aktiv olanlara nisbətən bu göstərici 2 dəfə artıqdır. Çanaq üzvlərinin iltihabi xəstəliklərinin müalicəsi, böyüklərə nisbətə yeniyetmələrdə daha çətindir. Onlarda antibiotiklərə qarşı həssaslığın az olma ehtimalı yüksəkdir, odur ki, cərrahiyə əməliyyatlarına ehtiyac artır.
Usaqlıq boynu xərçəngi
Sübut olunub ki, uşaqlıq boynu xərçəngi cinsi yolla keçən viruslarla bağlıdır. Ən çox bu xəstəliyə cinsi üzvlərində ziyillər olan qadınlar məruz qalırlar (uşaqlıq boynu xərçəngi ilə xəstələnmək ehtimalı 1000-2000 dəfə çoxdur). Bundan başqa tibb statistikası göstərir ki, uşaqlıq boynu xərçəngi cinsi hayata tez başlayan və bir neçə partnyoru olan qadınlarda daha çox inkişaf edir.
Sitomeqalovirus
Sitomeqalovirus (SMV) herpes viruslarının ailəsinə mənsubdur. Bu ailə sadə virusları, su çiçəyini törədən virusları, infeksion nononukleoz viruslarını birləşdirir. SMV sidikdə, ağız suyunda, ana südündə, qanda, göz yaşında, spermada, uşaqlıq yolu(vagina) möhtəviyyatında və s. aşkar edilir. SMV orqanizmin mayeləri ilə yaxın təmas zamanı keçə bilər.
SİMPTOMLAR
• Zəiflik;
• Yüksək hərarət;
• Boğazda ağrılar;
• Yorğunluq əlaməti;
• Limfa vəzlərinin şişkinlik.
Bu xəstəlik əsasən latet (gizli) şəkildə keçir. İnsan özünün yoluxmasını hiss etmir. Xəstəlik anadan uşağa keçərsə, onun klinikası və fəsadları çox ağır olur. Yoluxmuş döldə mərkəzi sinir sisteminin (MSS) qüsurları inkişaf edir. SMV AIDS olan xəstələrin ölümünün əsas səbəblərindən biridir.
DİAQNOSTİKA
SMV-yə PZR metodu ilə spesfik əkiscismlərin təyin edilməsi ilə diaqnoz qoyulur.
MÜALİCƏ
cinsi yolla yoluxan infeksiyalar
Alimlər SMV vaksininin hazırlanması və anadangəlmə xəstəliyin proflaktikası üzərində işlər aparılır. Hazırda əldə olan dərman peraparatları çox ciddi əlavə təsirlərə malik olduğundan, onlardan ancaq SMV xəstələrinin müalicəsində istifadə edilir.
Ureaplazma — Mikoplazma
Ureplazma (ureplasma urealyticum) və mikoplazma (mycoplasma genitalium) sidik-cinsiyyət sistemində iltihabı proseslər törədən mikroorqanizmlərdir.
ÖTRÜLMƏ YOLLARI:
• Cinsi yol;
• Anadan uşağa;
• Transplantasiya (orqanların köçrülməsi) zamanı.
SİMPTOMLAR:
• Sidik ifrazı zamanı yandırma;
• Daim sidik ifrazına çağrış hissiyatı;
• Sidik kisəsinin dolması zamanı güclü diskomfort;
• Qadınlarda qaşınma və pis iyli ifrazat;
• Kişilərdə -uretradan (sidik kanalından) tutqun rəngli selikli ifrazat.
Ureaplazma spermatozoiddə uzun müddət parazit həyatı keçirə bilir, bunula da onun hərəkətini zəiflədir və nəhayət sonsuzluğa səbəb olur.
DİAQNOSTİKA
Diaqnoz vaginadan (uşaqlıq yolundan) və kişi cinsiyyət üzvündən götrülən yaxmaların müayinəsi (flüoressensiya və ya PZR testi) əsasında qoyulur.
MÜALİCƏ
Xəstəliyin başlanğıc dövründə antibiotiklərlə müalicə efektiv olur.
AİDS — cinsi yolla keçən infeksion xəstəlikdir.
Zöhrəvi xəstəliklərin yolunu kəsmək mümkün deyil. Məsələn, kontraseptivlər CYYİ-ya yoluxmanı müdafiə etmirlər. CYYİ-dan qorunmaq üçün müəyyən dərəcədə effektli müdafiə edə bilən yeganə kontraseptiv — prezervativdir. Lakin o kişi spermasının qadın cinsi üzvlərinə düşməsinin qarşısını alır. Prezervativ hazırlanan materialın məsamələri spermatozoid-lərdən kiçikdir, amma AİDS virusundan 10 dəfə, hepatit В virusundan 25 dəfə böyükdür. Beləliklə, CYYİ AİDS də daxil olmaqla davranışla əlaqədar xəstəliklərdir. Qorunma vasitələrinə şprislərdən düzgün istifadə olunması da daxildir, qanla və ya başqa bədən mayeləri ilə iş aparıldıqda iş qaydaları əməl olunmalıdır. Bu qayda əsasən tibb işçilərinə aiddir.
Gənclik — kəşflərə, evlənməyin və ailə qurmağın həya hayatına hazırlıq deməkdir. Gənclik CYYİ ilə yoluxa biləcəkləri mümkünlüyü ilə əlaqədar narahatçılıq hissi keçirmiş, onun dağıdıcı nəticələri ilə olmuş, istənilən təhlükə qarşısında özünə inam yaratmışdır. Həqiqətən, məsuliyyətli adam özünü nəinki fiziki əzablardan, psixoloji zədələrdən də qorumalıdır. Həqiqətən həyat tərzinə riayət etsə və özünü idarə edə bilsə, xoşbəxt sonluqla nəticələnir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri