Frigidlik (cinsi soyuqluq) nədir?

Müəllif: emis
Şərhlər: 1
Baxılıb: 2 638
Səs ver:
(səs: 1)
Səbəbləri və əlamətləri nələrdir?
Cinsi soyuqluq olaraq da bilinən bu vəziyyət haqqında maraqlananlar  üçün təqdim edirik.

"Frigidlik",  və ya "cinsi soyuqluq"  qadında cinsi istəksizlik vəziyyəti, cinsi funksiya pozğunluqlarından biridir. Azalmış cinsi istək, kafi cinsi xəbərdarlıq olmasına baxmayaraq cinsi fantaziyaların və  ya cinsi fəaliyyət  istəyinin az olması və ya heç olmamasıdır. Bunun davamlı və ya təkrarlayıcı olması, tibbi bir səbəbə bağlı olmaması, diqqətə çarpan təzyiq və kəslər arası çətinliklərə gətirib çıxarması olaraq ifadə edilir.

Səbəbləri:
Bir qadın əgər cinsi  soyuq olaraq xarakterizə edilirsə bunun ardında iki növ əlamət qrupu vardır:

Arzu problemlərini müşaiyət   edən faktorlar
Funksional ya da romantik problemlər.

Funksional problemlər bu şəkildə sıralana bilər:
Ağrılı cinsi birləşmənin olması (disparoni)
Xəbərdar edilmə və ya  orgazm pozğunluqları.
Burada həyat yoldaşı faktoru da var, belə ki,  erkən boşalma problemi olması, iqtidarsızlıq-sərtləşmə problemi olması, partnyorun doğru və kifayət qədər qadını xəbərdar edə bilməməsi kimi....
Hamiləlik dövrü ya da sonrası ilə əlaqədar çətinliklər
Tibbi xəstəliklər, menapoz və dərmanların yan təsirləri

Burada ilk üç vəziyyət arzu problemlərinin nəticəsi olaraq ortaya çıxa bilər, istəmədən seks etmək məcburiyyətində qalmaq, seks etmək istəmək, amma kafi gücə sahib olmadığını hiss etmək, cinsi həyatın  nəticələri ilə əlaqədar mənfi düşüncələrə sahib olmaq və s.
Digər tərəfdən bu 4 vəziyyətin hər biri cinsi əlaqəni zövqsüz hala gətirə bilər, ya da gərginlik yaradıb arzu problemlərinə yol aça bilər.

Arxa planda gizlənən duyğular...
İstək problemi olan frigifzmdə  arxa planda gizlənən duyğular bu şəkildədir:

Hirslilik:
Bu vəziyyət özünə, partnyoruna, ümumiyyətlə qarşı cinsə və  ya da cinsi əlaqəyə  qarşı ola bilər.

Utanma:
 Fantaziyalardan, ehtirasdan, bədənindən, ilk cinsi təcrübədə olmaqdan , rədd edilməkdən, valideynlərindən, erotizmdən ola bilər.

Qorxu:
 Fantaziyalardan, fiziki ağrıdan, hamilə qalmaqdan ola bilər.

Narahatlıq və ya  qayğı:
 Performansdan, rədd edilməkdən, fiziki ağrıdan, partnyoruna uyğun qarşılıq verə bilməməkdən ola bilər.

Müalicəsi...

Tibbi faktorlar aşkar  edildikdən sonrakı müalicə psixoterapevtik  tətbiqlərdir. Psixoterapiyaya  başlamadan əvvəl depressiya, dərman və ya  spirtli içkilər  istifadəsi ehtimalları ilə əlaqədar xəstə məlumatlı olmalıdır.

1. Xəstə doğru olmayan miflər, ya da ön mühakimələrə sahib ola bilər. Əvvəlcə bunların aşkar edilməsi və danışılması lazımdır. Doğru olan nöqtə xəstənin nə istədiyidir.

2. Müalicə hədəfləri və strategiyaları təyin olunmalıdır.
Hansı şərtlərdə hansı növ və miqdarda seksdən xoşlandıqları müəyyən olunmalı.
Partnyorların cinsi həyatla  əlaqədar gözləmələri təyin olunmalı.
İstəklərini söyləməkdən uzaqlaşdıran faktorlar nəzərdən keçirilməli.
Duyğuların ortaya çıxarılması və danışılması lazımlı.
Sahib olduqları cinsi əlaqədən daha çoxuna fokuslanmalarını təmin edilməli.
Sahib olduqları mənfi duyğu və düşüncələr müsbətlər ilə qurulmalı.

3. Xəstələrin çoxu cinsi olaraq səhv məlumatlara malikdir. Buna görə onlar  doğru cinsi məlumatlandırılmalıdır. Qadına bədəni, cinsi bölgələri, fantaziyalar, menapauz dövrü, orqazm olmağı öyrənmə ilə əlaqədar bibliyoterapi (kitab, film, video və s.) dəstəyi  lazımdır.
Hər yetkin fərdin sağlam və həzz alacaq şəkildə cinsi həyatı yaşaması haqqıdır.
Əgər özünüzdə və  ya  partnyorunuzda  bu vəziyyət varsa   gecikmədən  mütəxəssisdən dəstək alınmalıdır.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri