Sünnətin
tarixi qədim zamanlara gedib çıxır hətta dəqiq tarixini bilən yoxdur.
Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqqda
məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün
peyğəmbərlərin sünnət olunmağı tövsiyyə etdikləri görülür. Həttda Hz.
İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna
baxmayaraq xristian dünyası müsəlman və yəhudilər qədər bu mərasimə
meyilli deyillər.
Sünnətin insan sağlamlığına nə kimi faydası var?
•
Sidik kanalının infeksiyaya yoluxmasının qarşısını alır. Sünnət
olunmayan zaman artıq dəri infeksiya üçün əlverişli bir mühüt rolun
oynayır. ABŞ tədqiqatçılarının araşdırmalarına əsasən sidik kanalının
infeksiyaya yoluxmasında sunnətsiz kişilər sünnət olunanlardan 20 dəfə
çoxdur.
•
Cinsi yolla yoluxan bəzi xəstəliklərin qarşısını alır. Hətta sünnət
olan insanın QİÇS-ə yoluxma riskinin sünnətsizlərə nisbətən az olduğu
bildirilir.
•
Kişilərdə cinsiyyət orqanı xərçənginin qarşısını alır. Bu xəstəlik
nadir bir xəstəlik olub 100 000 kişidən 0,7-0,9 kişidə rast gəlinə
bilər.
•
Cinsiyət orqanının iltihabının qarşısını alır. İkinci dünya müharibəsi
zamanı Körfəzdə döyüşən əsgərlərin burada tez-tez baş verən qum
fırtınaları nəticəsində bu problemlə rastlaşdıqları məlumdur.
Hansı yaşda sünnət olunmalıdır?
Bəzən
yaraların daha tez sağalması, qanamanın az olması və psixoloji
travmanın olmaması baxımından bu əməliyyatın 0-1 yaş arasında edilməsi
məsləhət görülür, lakin bəzi məqamlar var ki, uşağın sünnət olması onun
sağlamlığı üçün təhlükəlidir (sidik dəliyinin normal yerindən aşağı və
ya yuxarı olması və.s.) bu hallar isə 6-7 yaşda özünü göstərdiyi üçün
sünnət üçün ideal yaş 7 yaşdan sonra göstərilir.