Öpüş zamanı yayılan bakteriyaların sayı alimləri şok etdi

Şərhlər: 3
Baxılıb: 1088
Paylaş:
Səs ver:
(səs: 2)
Alimlər iddia edir ki, on saniyəlik öpüş zamanı bir partnyordan digərinə 80 milyon bakteriya keçir.
Bundan başqa, gündə ən azı doqquz dəfə öpüşən insanların ağız nahiyəsində eyni mikroblar mövcud olur. Yeni tədqiqatın nəticələri "Microbiome” jurnalında dərc edilib.
Hollandiya alimləri, eləcə də Amsterdamda yenicə açılmış "Mikropiya” mikrob zooparkının əməkdaşları 21 cütlüyün üzərində tədqiqat aparıblar. Könüllülərdən gündə nə qədər öpüşmələri soruşulub.
Onlardan ağız nahiyəsindən təhlil üçün nümunə (dilin və ağız suyunun mikroflorasını müəyyənləşdirmək üçün) götürülüb.
Partnyorlar nə qədər çox öpüşürlərsə, ağız suyunun mikrobiomu o qədər identik olur: praktiki olaraq eyni mikrobiom üçün isə gün ərzində doqquz öpüş kifayət edir.
"Partnyorun dili və ağız suyu ilə kontaktı ehtimal edən Məhəbbət öpüşü Homo sapiens-in unikal özəlliyidir. Belə öpüşlər planetin 90 faiz mədəniyyətində yayılıb. Biz onların insan mikrobiomuna necə təsir etdiyini anlamaq istəyirdik”, – işin aparıcı müəllifi Remko Kort (Remco Kort) qeyd edib.
Nəzarət edilən eksperimentin gedişatında hər cütlüyə bakteriyaların ötürülməsini ölçmək üçün tərkibində Lactobacillus və Bifidobacteria olan içki verilib. Eksperimental öpüş zamanı alimlər aşkar ediblər ki, partnyorun ağız suyunda probiotiklərin sayı üç dəfə artıb. Həmçinin hesablayıblar ki, on saniyəlik öpüş zamanı bir partnyordan digərinə 80 milyon bakteriya keçir.
Amma alimlər qeyd edib ki, öpüşlərin çoxluğu ağız mikroflorasına təsir etmir. Həyat tərzinin, yemək tərcihlərinin, şəxsi gigiyena oxşarlığı – bu amillər daha çox təsir edir.

loading...
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1088
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Fidan ALYEVA
Opuwmeyin musbet cehetlerinden biride kalori vermekdi bu ise menfi cehetdi
3 mart 2016 08:28
3
.O.F.S.
Offline
1205
Öpmesen de olmur deeeeee
1 mart 2016 20:09
2
Offline
BARBI
Dogru qeyd edilib. Cox xestelikler opusle kecir. Agizda bakteriyalar cox oldugu ucun daha tez yayilir
1 mart 2016 09:32
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook