Ginekologiya: 30 yaşdan sonra hamilə qalmaq xərçəng riskini azaldır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 745
Səs ver:
(səs: 0)

 

Son müşahidələrdən belə nəticəyə gəlmək olur ki, 30 yaşdan sonra hamilə qalan qadınlarda uşaqlıq daxili xərçəngin əmələ gəlmə ehtimalı azdır.
Araşdırmalar göstərir ki, axrıncı doğuşunu 40 yaşından sonra edən qadınlarda uşaqlıq daxili xərçəngə tutulma ehtimalı 44% daha azdır.
39-34 yaş arası doğuş edən qadınlar üçün bu rəqəm 32%, son doğuşu 30-34 yaş arası olan qadınlar üçün isə bu rəqəm 17% təşkil edir.
Müşahidələr gec doğumun uşaqlıq daxili xərçəngə yoluxma ehtimalını nə üçün azaltdığını deyə bilməsə də, ehtimal olaraq bir neçə nəzəriyyə ortaya çıxmışdır. Bu nəzəriyyələrdən doğruya ən yaxın olanını professor Setiavan irəli sürmüşdür. Onun dediyinə görə, hamiləlik vaxti ifrazı artan hormonlar, orqanizmin xərçəngə qarşı olan immunitetini gücləndirir.
Daha bir ehtimal isə, hamiləlik və doğum qadınlarda uşaqlıq daxilində yığılan kosorogen maddələrdən azad edir. Bəlkə də, daha gec hamilə qala bilən bir qadının uşaqlıqı elə anadan gəlmə sağlam və xərçəngə qarşı dözümlü olur.
Lakin, ilk övladına daha gec yaşında hamilə qalan qadınlarda, yumurtalığın və süd vəzi xərçənginin yaranma ehtimalı artır. Bundan əlavə, gec yaşda hamilə qalmaq, hamiləliyin daha gec periodunda yarana biləcək problemlərin riskini artırır, uşağın doğulandan sonra çəkisinin normadan az olma ehtimalı isə böyüyür.
Amerikanın Xərçənglə mübarizə institutunun yaydığı daha bir xəbərə görə isə, 2012-ci ildə 47000 qadında uşaqlıq daxili xərçəng diaqnozu qoyulub ki, o qadınların 8000-i elə bu il vəfat edib.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 745
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri