Sonsuzluqda risk faktorları hansılardır

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 883
Səs ver:
(səs: 0)
Yaş, sonsuzluq problemində mühüm amildir. Doğuş yaşı 25 yaş ətrafı olan qadınlarda 35 yaşdan sonra hamilə qalma ehtimalı aşağı düşür, 40 yaşdan sonra isə olduqca azalır. Həmçinin uşaqsalma ehtimalı da yaşın keçməsi ilə əlaqədar arta bilər.
Uşaqlıq yolunun və borularının iltihablanması nəticəsində boruların tıxanması da sonsuzluq halına səbəb olan daha bir faktordur.
Boruların tıxanmasına səbəb olan kiçik çanaq orqanlarının iltihabı xəstəliyi də böyük rol oynayır. Bu xəstəliyin residivi (təkrar olunma) halında sonsuzluq riski artır.
Artıq çəkisi olanlar, siqaret və alkoqol istifadəçiləri, bəzi dərmanlar, vitamin çatışmazlığı da sonsuzluq riskini artıran amillərdir.
İntensiv məşqlər də sonsuzluq baxımından risklidir.
Radioterapiya da spermatozoidlərə zərər v. Xərçəng xəstəliyi sonsuzluq baxımından riskli haldır.

Sonsuzluğa bir və ya bir çox səbəb ola bilər. Bu səbəblər:
İndiki zamanda cütlüklərin təxminən 15%-da rast gəlinən sonsuzluğun səbəbləri qadın, kişi və ya həm qadın həm də kişi ilə bağlı olur. Kişi və qadında sonsuzluğun müşahidə olunma faizi bir-birinə bərabərdir.

Qadınlarda sonsuzluq səbəbləri:
Ovulyasiyada meydana gələn pozuntular
Menstrual pozğunluğa səbəb olan polikistozlu yumurtalıqlar sindromu
Borularda zədənin və ya tıxanmanın olması
Allergik səbəblər
Yaş
Siqaret çəkmə
Artıq çəki və ya həddindən artıq zəiflik
Qeyri-müntəzəm cinsi əlaqə
Vaginizm
Qeyri-müntəzəm qidalanma
Stres
Cinsi yolla ötürülən xəstəliklərlə bağlı uşaqlıq boynunda hər hansı bir zədənin olması
Uşaqlığın daxilini döşəyən endrometrium toxumasının uşaqlıqdan kənarda inkişaf etməsi, yəni endrometrioz
Polip, mioma kimi uşaqlığın daxilinə doğru böyüyən törəmələr
Uşaqlıq daxili iltihablanma
Antisperm anticisimlərinin ifraz olunması
Tiroid(qalxanvari vəz) hormonunun pozğunluğu
Cinsiyyət orqanları nahiyəsində müşahidə olunan infeksiyalar
Uşaqlıq və yumurtalıqlarla bağlı əvvəllər keçirilmiş cərrahi əməliyyatlar
Prolaktin hormonunun ifrazı

Kişilərdə sonsuzluq səbəbləri:
Kimyəvi maddələrin olduğu mühitdə nəfəs almaq
Sperma hasilatı pozğunluqları (spermatozoidlərin forması, sayı və hərəkətliliyi ilə bağlı problemlər)
Sperma kanallarının tıxanması
İstifadə olunan bəzi dərmanlar
Hormonal pozğunluqlar
Qeyri-müntəzəm qidalanma
Stres
Həddindən artıq siqaret çəkmək və alkoqol qəbul etmək
Oturaq vəziyyətdə davamlı işləmək
Həddindən artıq isti mühitdə işləmək
İnfeksiya xəstəlikləri
Xayalarda tıxanma

Qadında və kişidə sonsuzluq səbəblərini nə qədər ayrı ayrı göstərsək də xüsusilə ətraf mühit faktorlarının sonsuzluq riskində ortaq bir təsirinin olduğu müşahidə olunur. Həyat keyfiyyətini yüksəltməyin sonsuzluq baxımından nə qədər vacib olması aşkardır… Əlbəttə, bütün səbəblərə qarşı tədbirlər görərək sonsuzluğun qarşısı alına bilər, lakin mənşəyi (səbəbi) bilinməyən sonsuzluq da suallar doğurur. Bu səbəbdən sonsuzluq ehtimalı olduğu halda həkimə erkən vaxtlarda müraciət etmək məqsədəuyğun olacaqdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 883
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri