Qadınlarda sonsuzluğun səbəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 230
Səs ver:
(səs: 0)
Ən geniş yayılan 7-8 səbəb vardır. Bunlardan ən birincisi, yumurtalama pozğunluğudur. Bundan əlavə, tez klimakteriya (klimaks) dövrünə başlama, yumurtalıqlarda olan xəstəliklər, immunitetin zəif olması, qadınlıq və ya yaş amili. Bu maddələrə ətraflı şəkildə  diqqət yetirək:
Yumurtalama pozğunluğu: Qadın sonsuzluğunun əsas səbəblərindən biri yumurtalama pozğunluğudur. Buna səbəb olan xəstəliklərdən ən birincisi Endometriozis və Polikistik over sindromudur.  Endometriozis xəstəliyi çikl (aybaşı) dövründə uşaqlığın içəri qatının tökülərək qanamasına yol açan xəstəlikdir. Polikistik  over sindromu, qısaca yumurtalamanın olmamağı və buna bağlı kökəlmə, tüklənmə, və çıkl nizamsızlığı kimi simptomlarla ortaya çıxan xəstəlikdir.
Bunun müalicəsi mümkündür. Müalicə 95% müvəffəqiyyətli olur.
Borucuqlarda xəstəlik və tıxanma: Uşaqlıqla yumurtalıq arasında yerləşən boruların tıxanıq olması, yumurtalıqdan atılan yumurta və spermanın qarışmağına maneə törədərək hamilə qalmağa imkan vermir. Borular bəzən sağlam görünə bilsə də, amma keçirilmiş hər hansı iltihablı xəstəlik, vərəm, polip və ya qarın içi qanaxma boruda xətər yarada bilir. Bunun nəticəsində də hamiləlik baş tutmaz.
Uşaqlıq problemləri: Qadınlarda sonsuzluq xəstəliyinin səbəblərindən biri də uşaqlığın içərisində olan yapışıqlıqlardır. Yumurta ilə sperma uşaqlıqda döllənir. Əvvəllər olunmuş uşaqlıq əməliyyatları, düşmə və ya abort yapışıqlığa səbəb ola bilər. Bu zaman çıkl ya olmur, ya da az olur. Mütəxəssis tərəfindən edilən əməliyyat nəticəsində sağalmaq mümkündür.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri