Sonsuzluq: Qadın müalicə almalıdır ya kişi?

Müəllif: NoName
Şərhlər: 18
Baxılıb: 1245
Paylaş:
Səs ver:
(səs: 0)
Uşağın olmamasına görə 6 il müalicə olundum. Ancaq heç bir effekti olmurdu. Problem həyat yoldaşımda deyildi, özümdəydi. Nəhayət, altıncı il problemin səbəbi aşkar olundu. Məlum oldu ki, hamiləlik üçün lazım olan hormonlar sıfır həddindəymiş. Düzgün müalicə olundum və oğlumuz dünyaya gəldi».

Könül Əmirova deyir ki, uzun müddət sonsuzluqdan əziyyət çəkib. Ancaq ümidini üzməyib. Sonuncu dəfə Ukraynada müalicə alıb və övlad sahibi olub.

İndi Azərbaycanda mütəxəssislər sonsuzluğun böyük problem olduğunu deyirlər.

2005-2007-ci illərdə Azərbaycanda kişilərdə sonsuzluq halları 3 dəfə, qadınlarda isə 18 faiz artıb.

Bu barədə məlumatı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva verib.

Bütövlükdə isə ölkədə sonsuzluğun səviyyəsi 13 faizə çatıb. Səhiyyə Nazirliyinin məlumatına əsasən, bunun 50 faizi qadın, 30 faizi kişi, 20 faizi isə hər iki tərəfin xəstəliyi ucbatından baş verib:

«Sonsuzluğun həm sayı artıb, həm də yaranma səbəblərinin sayı müxtəlifləşib. Burda kişilər arasında yeniyetməlik dövründə keçirilən infeksiyalar böyük rol oynayır. Kiçik çanaq nahiyəsindən alınan travmalar, müxtəlif xroniki xəstəliklər, cinsi yolla keçən xəstəliklər ata olmaq qabiliyyətini sıradan çıxarır. Qadınlarda travmalar azlıq təşkil edir, iltihabi xəstəliklər, cinsi yolla keçən xəstəliklər əsas rol oynayır. Bəzən bunların heç birini müəyyənləşdirmək olmur, sadəcə, sonsuzluq var. Buna «səbəbi müəyyənləşdirilməyən sonsuzluq» deyirik».

Mama-ginekoloq Təranə Həsənova deyir ki, müalicə üçün əvvəlcə sonsuzluğun səbəbi müəyyənləşdirilməlidir. Müayinədən tək qadın yox, kişi də keçməlidir, düzgün diaqnozdan sonra düzgün müalicə aparılmalıdır. Birtərəfli müayinənin heç bir effekti yoxdur.

«BİZƏ SONSUZLUQDAN ƏZİYYƏT ÇƏKƏN QADINLAR SON VAXTLAR DAHA ÇOX MÜRACİƏT EDİR»

Bunu Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir. O bildirir ki, əvvəllər sonsuzluğun bir səbəbinin qadının yaşının çox olması göstərilirdisə, indi əksinə, azyaşlılar sonsuzların sayının artmasında böyük rol oynayır:

«Erkən nikahlar bu gün Azərbaycan üçün çox ciddi problemdir. Çox vaxt başa düşmürlər ki, 14-15 yaşında ailə quran qız sonsuzluqla daha tez qarşılaşır. Sonsuzluq problemiylə qarşılaşan qadınlar adətən psixoloji problemi olanlar olur. Psixoloji problemi olanın intim həyatında da problemi olur. Əsas odur ki, Azərbaycanda kişilər elementar müayinədən keçmirlər. Cinsi xəstəlikləri kişilər gətirir. Uşaq olmursa, qadın günahkardır, həkimə də qadın getməlidir».

M.Əzizova deyir ki, onlara müraciət edən əsasən qadınlar olur. Kişilər çox cüzi olur.

SONSUZLUĞUN ARADAN QALDIRILMASINA DÖVLƏT DƏ YARDIM ETMƏLİDİR

Bunu həkimlər deyir. Milli Məclisin Sosial siyasət komissiyası isə «Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında» Qanun layihəsi hazırlayır.

Komissiyanın sədr müavini Musa Quliyev deyir ki, yeni qanun problemin qarşısının alınmasına xidmət edəcək:

«Sonsuzluqdan əziyyət çəkənlərin təbii yolla dünyaya uşaq gətirmə imkanlarının artırılması istiqamətində böyük tədbirlər həyata keçiriləcək. Onların müayinə və müalicəsini, dövlət tibb müəssisələrində reproduktiv sağlamlıq şəbəkəsinin yaradılmasını dövlət maliyyələşdirəcək».

Yeni qanuna əsasən, mübahisələrə səbəb olan «surroqat ana» və «donor hüceyrə» vasitəsilə süni mayalandırma qadağan olunacaq. Qanun layihəsi parlamentin payız sessiyasında müzakirə olunacaq.

loading...
(səs: 0)
Şərhlər: 18
Baxılıb: 1245
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Allah uzaq elesin,ele insanlarda varki on nece ilden sonra usaqlarida olur
9 mart 2015 18:47
18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lili)
Sitat: tatyana
her ikiside muayine olunur,problem hansindadir oda mualice olur

beli elede olmalidi yoxsa bizim qaynanalar tez yapisir gelinin yaxasindanki niye olmur oqlanlarinida hekime qoymurlarki sende hec ne yoxdu bes xeyir ola bu yaziq qiz teze gelib onda ne olasidiki
31 yanvar 2015 09:40
17
Offline
tatyana
her ikiside muayine olunur,problem hansindadir oda mualice olur
30 yanvar 2015 07:50
16
MENİ KİMSE AGLAR GÖRMEDİ -- AGLAMADIMMI??
AGLADIM HEMDE COXX AMMA MEN GÖZ YAŞLARIMI HER ZAMAN QELBİME AXITDIM,HAMIDAN GİZLİ,HAMIDAN XEBERSİZ.....
Online
aziz a
Problemin kokunu tapib mualice etseler belke nese alinar, goydede Allah, yerdede Allah ozu her kesi sevindirsin Amin.Allah.
29 yanvar 2015 23:54
15
Böyük Rebbim sen özün kömek ol hamıya....
Offline
ece uslu
allah qorusun
29 yanvar 2015 20:03
14
Offline
Сладкий Ангел
Allax haamiya korpe versin sevilimdeee duainsallax
29 yanvar 2015 19:03
13
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
Tomris Müslümova
olduqca maraqlidi tesekkur
29 yanvar 2015 18:54
12

Sən sadəcə mənimsən...!
Offline
medine yusif
Allah her bir eve korpe nesib etsin inwallah 128
29 yanvar 2015 18:13
11
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
Offline
emis
hekim muanesinden her iki cutluk kecdikden sonra yeqinki anlasilar xestelik kimde olub olmadigini sorada mualice olunacaq adamin kim oldugu anlasilar
29 yanvar 2015 18:08
10
Offline
AYKA-ISI
Allah her kese evlad nesib etsin

Allah her kese evlad nesib etsin
29 yanvar 2015 17:46
9
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Qlamurr
Doğrudan da sonsuzluq artıq böyük bir problemə çevrilib,hər 3 evlilikdən birində mütləq bu problem var,təəssüf ki həkimə müraciət edən,yoxlanan qadın olur,ancaq qadın da,kişi də eyni anda müalicə almalıdırlar...
29 yanvar 2015 17:39
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
lelos
Allah her kese övlad qismet etsin
128
29 yanvar 2015 17:03
7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Luna-90
Bizde problem mendedi bu xanimdaki kimi ancaq burdaki hekimler menim hormonlarimi duzgun tapa bilmirler 5 ildi .1tek yol suni mayalanmaya qalib.
29 yanvar 2015 15:52
6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
ILAHE_
Allah hamiya evlad versin.Sonsuz olmagi hec kime gostermesin.
29 yanvar 2015 15:15
5
Offline
Aysel Tatli
SONSUZLUQ COX GENIW YAYILIB ALLAH HAMIYA KOMEK OLSUN
29 yanvar 2015 15:13
4
Offline
BARBI
Elbette iki terefde mutleq muayine olunmalidir
29 yanvar 2015 14:46
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
rəmsə
Allah hər bir ailəyə övlad nəsib etsin.Heç kimi gözü yaşlı qoymasındua
Erkən nigahın,psixoloji problemin sonsuzluğa yol açdığını bilmirdim.
29 yanvar 2015 14:45
2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Online
Fialka
aileler ucun agir veziyyetdi Allah hec bir aileye gosteremesin, bele bir problem yasayan ailelerde elbetdeki muayine ve mualice almalidirlar,hem kisi hemde qadin..
29 yanvar 2015 14:36
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook