"Psixogen sonsuzluq" nədir?

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 1096
Paylaş:
Səs ver:
(səs: 2)
Sirr deyil ki, ailə qurulduqdan 1-2 ay sonra qohum-qonşu cavan qadından "bir xəbər var?" soruşmağa başlayır. Vaxt keçdikcə bu məsələyə olan diqqət daha da artır, cavan ailənin "problemi" daim müzakirə olunmağa başlayır. Bu isə həm cütlükdə olan münasibətlərə mənfi təsir edir, həm də hamiləliyin ehtimalını azaldır. Məsələ burasındadır ki, daim yalnız hamiləlik haqqında düşünən və bunun nəticəsində ağır stress vəziyyətinə düşən qadında "psixogen sonsuzluq" inkişaf edə bilər. Bu halda səhhətində sonsuzluq üçün heç bir səbəbi olmayan qadın naməlum səbəblərə görə hamilə qalmır. Əksinə isə sakit və rahat şərait, stresslərin olmaması qadında hamiləlik ehtimalını artırır.

Beləliklə, ailə qurulduqdan neçə müddət sonra (hamiləlik baş tutmadığı halda) artıq həkimlərə müraciət etmək lazımdır?

1. Tibbi statistikaya əsasən, sağlam ailə cütlüklərində hamiləlik ailə qurulduqdan sonra ilk 3 ay ərzində, 60% cütlüklərdə növbəti 7 ay ərzində, qalan 10-12% cütlüklərdə - 11-12-ci aylarda baş tutur. Beləliklə, yalnız 1 ildən sonra ailə cütlüyü sonsuzluqla bağlı həkimə müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir.

Lakin burada söhbət cavan ailə cütlüklərindən gedir (30 yaşına kimi). Qadının yaşı 30-dan çoxdursa və hamiləlik 6 ay ərzində baş tutmayıbsa, bu müddət bitdikdən sonra həkimə müraciət etmək lazımdır. Qadının yaşı 40-dan çoxdursa, gözləmə müddəti 3 aya kimi qısalır.

2. Əgər ailə həyatı qurduqdan əvvəl qadında menstrual dövr müntəzəm olmayıbsa (menstruasiyalar müxtəlif fasilələrlə başlayırdı, 1-2 ay ərzində menstruasiyalar olmurdu və s.), bu halda hamiləliyi gözləmək lazım deyil. Menstruasiyaların qeyri-müntəzəm olması qadının reproduktiv sağlamlığında olan problemlərin əlamətidir.

3. Əgər kişi keçmişdə xayalıq nahiyəsinə ciddi travma (zərbə və s.) alıbsa, parotit ("svinka") keçiribsə, kimyəvi terapiyadan keçibsə, bu halda da hamiləliyi gözləmək lazım deyil. Kişi spermoqramma verməlidir və uroloqa (və ya androloqa) müraciət etməlidir.

4. Hamiləliyin ehtimalı o halda böyük olur ki, ailə cütlüyündə cinsi əlaqələr müntəzəm xarakter daşıyır. Bu o deməkdir ki, 1 həftə ərzində 3-4 cinsi akt olmalıdır. Cinsi əlaqələr müntəzəm olmadıqda, hamiləliyin baş tutması ehtimalı azalır. Beləliklə, əgər cütlüyün cinsi həyatında ciddi problemlər varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Hansı həkimlərə müraciət etmək lazımdır?

Qadın ginekoloqa, kişi isə androloqa (və ya uroloqa) müraciət etməlidir.

loading...
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 1096
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Allah gorsetmesin,heqiqetende insanlarda bu adetdi neyinize lazimdi usaqi olnada bilegeysizda
10 mart 2015 00:11
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ece uslu
burda artiq adet halini alib qiz aile quran kimi uwagi soruwmaq
25 fevral 2015 01:19
7
Offline
Sucan
Allah uzaq elesin
24 fevral 2015 19:56
6
Offline
Qlamurr
Ən acığım gələn sözdü,bir qız evlənən kimi soruşurlar bir şey yoxdu hələ,axı kimin nəyinə lazımdı,kiminsə şəxsi işinə qarışmaq olmaz,bəlkə hələ istəmirlər uşaq olsun...Onsuzda problemi olan insana psixi təsir edirlər,nəticədə stressdən hamilə qala bilmir....
Mənim də menstruasiyamda gecikmələr olur,narahat oluram ki,gələcəkdə problemim olar...
24 fevral 2015 18:45
5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
aziz a
Beli dogrudurki, qiragdan sorusmalar qadina pis tesir edir, daha da psixi tesir edir, bunuda ozune gore problemleri meydana cixir,.Allah ozu her kese komek olsun saytimizin gelinleride onlarin icinde Amin.
24 fevral 2015 16:01
4
Rebbim kömek olsun cümlemize Amin
Offline
AYKA-ISI
gedikce insanlarda bu problem artir Allh uzaq elesin.her kese evlad payi versin
24 fevral 2015 15:43
3
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Fialka
Ən zəhləm gedən şeydi yersiz suallar həddindən artıq maraqlanmaq hər kəs öz işiylə məşğul olsa yaxşı olardı ...Allah arzusunda olan hərkəsə övlad nəsib eləsin
24 fevral 2015 15:09
2
Online
BARBI
Allah gostermesin ciddi problemdir
24 fevral 2015 15:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv