Qadınlarda sonsuzluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 278
Səs ver:
(səs: 3)
Qadında sonsuzluğun əsas səbəbləri onun cinsiyyət yollarına tam keyfiyyətli spermatozoidlərin düşməsi, mayalanmağa qadir yumurta hüceyrənin yaranması, qarın boşluğunda uşaqlıq borusunun saçaqlan tərəfindən tutulub borunun içərisinə çəkilməsi və orada spermatozoidlərə tərəf hərəkət etməsi, yumurta hüceyrənin spermatozoidlə mayalanması və uşaqlığın içərisinə düşüb onun divarlarından birinə yapışması, orada dölün inkişafı və onun doğuşa qədər saxlanması və s. proseslərin pozulmaSı ilə əlaqədardır. Normal vəziyyətdə bütün bu proseslər sinir sistemi ilə daxili sekresiya vəzilərinin (hipofizin, hipotalamusun, qalxanvarı və böyrəküstü vəznlərin), yumurtalıqların hormonları ilə idarə olunur. Burada əsas yeri mərkəzi sinir sistemi və qadının psixikası tutur. Qadının orqanizmində patoloji üzvü dəyişikliklər və funksional pozğunluqlar nəsil törətmə qabiliyyətini azaldır, yaxud da sonsuzluğa səbəb olur.

Xarici cinsiyyət üzvlərinin və uşaqlıq yolunun patologiyası.
Anadangəlmə inkişaf qüsurlarına (cinsiyyət dodaqlarının çatışmazlıqları, uşaqlıq yolunun olmaması və ya onun iki olması və s.) nadir hallarda təsadüf olunur (əksər hallarda bu irsi xəstəliyin əlamətidir). Adətən belə çatışmazlıqlar müxtəlif səbəblərə görə (aybaşı gec başlanması, tamamilə olmaması və s.) həkimə müraciət etdikdə aşkar edilir. Qızlıq pərdəsinin qalın olması və cinsi əlaqədə onun deşilməməsi sonsuzluğa səbəb ola bilməz, çünki sperma uşaqlıq yolu dəhlizimə düşdükdə belə hamiləlik baş verə bilər. Bəzən müəyyən zədələr, xəstəliklər nəticəsində uşaqlıq yolu və hətta uşaqlıq xaricə çıxa bilər, belə vəziyyətdə cinsi əlaqə, ümumiyyətlə, mümkün olmur; yalnız müalicədən sonra (cərrahi müdaxilə) cinsi əlaqə aktı və hamiləlik baş verə bilər. Uşaqlıq yolunun iltihabında mayalanma imkanının azalması və ya tamamilə itməsi burada mühitin dəyişməsi və bunun da spermatozoidlərin həyat fəaliyyətini və hərəkətini pozması ilə əlaqədardır.

Uşaqlıq boynunun patalogiyası.
Son vaxtlar mütəxəssislər uşaqlıq boynunun diatomiyasına və funksional vəziyyətinə çox böyük əhəmiyyət verirlər. Bu isə hamiləliklə çox sıx əlaqədardır. Uşaqlıq boynunun kanalındakı vəzilər uşaqlığa yalnız aktiv spermatozoidləri buraxıb mikro orqanizmləri buraxmayan xüsusi maddə ifraz edirlər. Uşaqlıq boynunun zəif mühitli selikli maddəsi spermatozoidlərin, aktiv hərəkətinə şərait yaradan vasitədir. Amma müxtəlif iltihab prosseləri, hamiləliyin süni surətdə pozulmasından baş verən zədələr nəticəsində zəif qələvi mühit kəskin turş mühitə çevrilə bilər və bu da spermatozoidlərə öldürücü təsir göstərərək hamiləliyin baş verməsinin qarşısını alar.

Uşaqlığın patalogiyası.
Bəzi hallarda inkişaf etməmiş uşaqlıq qişalarda sterilliyə (sonsuzluğa) səbəb ola bilər. Anatomik quruluşu cəhətdən çaqış azlığı olan uşaqlıqda hamiləlik baş versə də, belə vəziyyətdə döl normal inkişaf edə bilməz və hamiləlik vaxtından əvvəl öz-özünə pozular. Uşaqlığın xoşxassəli şişləri (miomalar) hamiləliyin vaxtından əvvəl pozulmasına səbəb olur. Təkrar olunan süni «bortlar, uşaqlıq divarlarının vərəmi selikli qişaların iltihabını əmələ gətirdiyindən mayalanmış yumurta hüceyrə uşaqlığın divarına yapışıb inkişaf edə bilmir.

Uşaqlıq borularının xəstəlikləri.
Hamiləliyə mane olan əsas səbəblərdən biridir; İnfeksiyalara qarşı boruların selikli qişalarının yüksək; dərəcədə həssas olması, nəticədə məhfəzin daralması, hətta tamamilə tutulması hamiləliyin qarşısını alan əsas səbəblərdəndir. Belə vəziyyətdə spermatozoidlər yumurta hüceyrə ilə rastlaşıb onu mayalandıra bilmir. Buna səbəb olan infeksiyalardan süzənəyi və cinsi orqanların verimini göstərmək olar. Qeyd etmək lazımdır ki, borularda iltihabın əmələ gəlməsinə hətta xəstəlik şəraitində aparılan abortlar da səbəb ola bilər. Çünki abort zamanı uşaqlıq divarları xüsusi olaraq qaşındıqda uşaqlığa açılan sahə də zədələnir. Nəticədə çəmi 1 mm diametri olan boru məhfəzində , bitişmə baş verir və uşaqlıqla yumurtalıq arasında əlaqə pozulur. Əkər boruların hər ikisində də belə vəziyyət yaranıbsa, əlbəttə ki, hamiləlik baş verə bilməz. Əkər boruların məhfəzi tutulmayıb yalnız daralıbsa, spermatozoidlər borulardan keçərək yumurta hüceyrəyə doğru gedib onu ya borularda, yay da qarın boşluğunda mayalandıra bilər. Amma mayalanmış yumurta hüceyrə həcmcə daha böyük olduğundan borunun daralmış məhfəzindən keçib uşaqlığa düşə bilmir və boru divarına yapışaraq orada inkişaf etməyə başlayır. Bu hadisə uşaqlıqdan kənar hamiləlik adlanır və qadının həyatı üçün böyük təhlükə törədir. Əkər uşaqlıqdan kənar hamiləlik vaxtında müəyyən olunub, cərrahi yolla kənar edilməzsə, döl böyüyüb borunun yırtılmasına, güclü qanaxmaya və nəhayət qadının tələf olmasına səbəb ola bilər.

Yumurtalıqların xəstəlikləri.
Qadının yumurta hüceyrəsinin yumurtalıqda inkişafı müntəzəm bir dövrü qayda ilə, ayda bir cinsi baş verir; hipofizin və ya yumurtalıqların hormonal təsirinin qeyri-kafiliyi və ya olmaması bütün cinsiyyət sisteminə təsir edərək mayalanmağa qadir olmayan keyfiyyətsiz yumurta hüceyrənin əmələ gəlməsinə səbəbdir.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri