Bu həblə hamilə qalmağı asanlaşdıra bilərsiz

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 940
Səs ver:
(səs: 0)
Hazırda ətraf mühit, yediyimiz qatqı maddəli qidalar, piylənmə başda olmaqla bir çox səbəb və xəstəliklər qadınların hamilə qalmasına mənfi təsir edir.

Dövrümüzün xəstəliklərindən olan sonsuzluğa hər 100 cütlükdən 15-də rastlanır.

35 yaşdan aşağı cütlüklər 1 il, 35 yaşdan yuxarı cütlüklər isə 6 ay qorunmadan mütəmadi cinsi əlaqəyə rəğmən, övlad sahibi ola bilmirlərsə, bu, artıq sonsuzluqdan şübhə edilməsi üçün bir səbəbdir. Bu problemi yaşayan cütlüklərin mütləq həkimə müraciət etməsi vacibdir və lazımi testlər etdirməsi tövsiyə olunur.

Ancaq aparılan son araşdırmalarda qəribə bir üsul kəşf edilib. Bu, hamilə qalmağı asanlaşdıran həb barədədir.

Qadinla.com-un Türkiyə mediasına istinadən məlumatına görə, araşdırmalar övlad sahibi ola bilməyən qadınların aspirinlə hamilə qala bilmə şanslarının artacağını bildirirlər.

Qadınların bədənindəki xroniki iltihabi xəstəliklərin də sonsuzluğa səbəb ola bildiyinə diqqət çəkən türkiyəli mütəxəssis Çağcıl Yetim deyib ki, araşdırmalar müalicəyə aspirinin əlavə edilməsinin hamiləlik şansını 35 faiz artırdığını göstərir: “Həmçinin qadınlarda yüksək iltihabi vəziyyət varsa, gündə bir ədəd 100 milliqramlıq aspirin qəbulunun hamiləliyi yüzdə 35 faiz artırır. Hətta hamiləlik planlaşdırıldığından təxminən altı ay əvvəldən aspirin istifadəsinə başlanılarsa, müvəffəqiyyətin səviyyəsi artır”.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri