Sonsuzlugun çarəsi tapıldi ƏN QƏDİM ÜSUL

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 2 324
Səs ver:
(səs: 0)
Qədim əyyamlarda Vera adlı bir qadın vardı. 10 ildən çox ailəli olan Vera bütün üsullara əl atsa da övlad sahibi ola bilmirdi. Günlərin bir günü bütün uğursuz müayinələrdən, tibbi üsullardan təngə gələn Vera və əri övladlığa uşaq götürmək qərarına gəlirlər. Uşaq evlərini bir-bir gəzib, övlad axtarışına çıxırlar. Ucqar kəndlərin birində valideynləri tərəfindən atılmış çəlimsiz körpə qız görüb, onu evlərinə aparmaq qərarına gəlirlər. Veraya digər sağlam uşaqlardan birini götürmək tövsiyə olunsa da, o qərarını dəyişmir. Balaca zəif qızcığazı övladlığa götürüb, evinə aparır. Körpə evə qədəm qoyandan bir neçə ay sonra Vera hamilə olduğunu öyrənir.

Qadınla.com xəbər verir ki, eyni hal Natali adlı digər bir qadının da başına gəlir. Uzun illər övladsızlıqdan əziyyət çəkən Natali və həyat yoldaşı ayrılıq ərəfəsində idilər. Natali gün-gündən gül kimi solur, əsəbləri tarıma çəkilirdi. Özündən 10 yaş kiçik bacısı sevgilisindən hamilə qalır. Gənc cütlük hələ bu böyük məsuliyyətə hazır deyildilər. Odur ki, körpədən can qurtarmaq üçün planlar qururdular. Natali bacısının sevimədiyi övladına sahib çıxıb, onu dünyaya gətirməsini tələb edir. Məhkəməyə müraciət edib uşağı öz himayəsinə alır. Bu hadisədən bir müddət sonra Natali hamilə olduğunu öyrənir. Hər iki oğlunu özü böyüdür.

Yer üzündə bu qəbildən olan əsrarəngiz hadisələr olduqca çoxdur.

Hətta qədim slavyanlar sonsuz ailələrin "düyününü açmaq" üçün onlara kimsəsiz körpə verirdilər. Slavyanlar hesab edirdilər ki, bu lənəti dəf etməyin yeganə yolu budur. Sonsuz ailələr də elmi məntiqi hələ də tapılmayan bu üsula ürəkdən inanırdılar.

Elm, fərziyyələri bir kənara qoyub, qəlbimizin səsinə qulaq versək çarəsiz atılmış bir körpəyə ana sevgisi, ata qayğısı bəxş etməyin necə böyük insanlıq olduğunun fərqinə vararıq. Çünki nə qədər çağdaş elm və texnika dövründə yaşasaq da, hətta tibb belə insan hisslərinin qarşısında acızdır.

Sağlam olun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 324
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri