Kalori yandıran idman növlər sayəsində sağlam və sürətli bir şəkildə zəifləyə bilirdinizmi? Məhz ən çox kilo verən idman növləri.
Kilo vermək üçün yalnız sağlam qidalanmanın kafi olduğunu düşünürsünüzsə, yanılırsınız. Çünki möhkəm və sağlam bir şəkildə kilo vermək üçün həm sağlam qidalanmaq, həm də idman etməniz lazımdır. Sizlər üçün ən sürətli kilo verən idman növləri araşdırdıq.
İPDƏN TULLANMAQ
Kilo verməyin ən təsirli yollarından biri olan ip tullanmaq, güc və dözümü da artırır. Gün ərzində 20 dəqiqə kəndirlə tullanaraq 200 kalori yandıra bilərsiz.
YÜRÜŞ
Yürüş etmək, metabolizmi sürətləndirir, bud və ayaqları sıxlaşdırır. Dostlarınızla söhbət edərək, zamanın necə keçdiyini dərk etmədən yürüş edə bilərsiz. Gündə bir saat yürüş edərək 400 kalori yandıracaqsız.
ÜZGÜÇÜLÜK
Üzgüçülük, yüksək kalori yandırma xüsusiyyəti sayəsində sürətli bir şəkildə kilo vermənizi təmin edir. Bədənin bütün əzələlərini hərəkət etdirərək fit bir görünüşə çatmağınıza yardımçı olur. Gündə 1 saat üzərək, 450 kalori yandıra bilərsiz.