Pilates arıqlamağa yardımçı olurmu?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 006
Səs ver:
(səs: 0)
Son zamanlarda dünyanın bir çox nöqtəsində məşhurlaşmağa başlayan pilates, bədəninizin formaya düşməsinə yardım etməklə yanaşı daha əsnək və daha güclü əzələlərə sahib olmağınızı təmin edir. Artıq kilolardan qurtulmanıza, bədəninizin sıxlaşmasına, onurğanın güclənməsinə və əsnəklik qazandıran pilates, eyni zamanda artıq yağların əridilməsində rol oynayırmı?

Hansı Pilates proqramları daha çox arıqlamağa yardım edir?
Pilates, mat üzərində məşğul olunan “mat pilates” və alətlər vasitəsilə həyata keçirilən “reformer pilates” olmaq üzrə iki fərqli tərzdə reallaşdırılmaqdadır. Hər iki metod da öz növbəsində sürətli dəyişikliklərin meydana gəlməsinə şərait yaradır. Bədəninizin yeni forma qazanması, incəlmək və əzələlərinizin uzanması kimi faktorlar ön plana çıxır. Reformer pilates məşqlərində əzələ və skelet sisteminiz üçün xüsusi olaraq dizayn edilmiş alətin yardımı ilə müqavimətinizi artıracaq hərəkətlər tətbiq edilir. Buna görə də pilates məşqləri daha effektiv nəticə almanıza gətirib çıxarır.

Mat pilates dərslərində bədəninizə öz əzələləriniz və bəsid alətlərin yardımı ilə müqavimətin artırılması hərəkətləri tətbiq edilir. Hər iki pilates proqramında da artıq yağın əridilməsi mümkündür və bu hərəkətləri bu istiqamətdə tətbiq edilə bilər. Dərslərə başlamazdan əvvəl alınan ölçülər və duruşunuz analiz edilərək traineriniz tərəfindən sizə ən uyğun məşq istiqaməti müəyyən edilə bilər. Əgər şəxs zəif və gücsüz bədənə sahibdirsə trainer həmin şəxsi gücləndirib, əzələ artırmağa yönəlmiş məşqlər tətbiq edir. Əgər şəxs müəyyən qismlərdən şikayət edirsə həm bədənin həmin qismləri üçün, həm də kalorilərin yandırılmasını sürətləndirəcək hərəkətlər üzərində çalışmaq faydalıdır. Basi Pilatesdə qrup dərslərində müəllimlərlə individual çalışmasanız da bədəninizə ən uyğun məşqlər müəyyən edilib bu zaman dilimində düzgün məşq etmənizə nəzarət edilir.

Pilates nə qədər artıq yağı yandıra bilər?
Pilates, başlanğıc, orta və yüksək səviyyədə üç kateqoriyaya bölünür. Artıq yağları əritmək üçün məşğul olduğumuz idmanlar, kardio idmanlar olaraq bilinsə də yüksək səviyyə pilates dərsləri də bədəndə çox yağın əriməsinə təsir edir. Bu tendensiya şəxsin kilosu, gün ərzində aldığı kalori miqdarı və nə qədər hərəkət etdiyinə əsasən dəyişiklik göstərə bilər. Örnək olaraq altmış kilo olan bir şəxs başlanğıc səviyyəsində etdiyi bir saatlıq pilates məşqində 220 kalori yandırır. Bu, həmin şəxs üçün başlanğıc səviyyəsinə görə normal və sağlamlığı üçün ideal bir proqramdır. İnkişaf artdıqca və məşqlərin ağırlığı çoxaldıqca yandırılan kalori miqdarı da artır. İnkişafınız traineriniz tərəfindən hər dərs izlənilir və sonrakı dərsə sizi daha çox inkişaf etdirəcək hərəkətlər sistemi əlavə edilir. Beləliklə yağın əriməsi davamlı və nəzarətdə saxlanılaraq irəlilədilir.

Artıq kilodan qurtulmaq üçün başqa nələr edilə bilər?
Deyək ki, pilatesə yeni başlamısınız və yüksək səviyyədə edilən məşqlər üçün hazır deyilsiniz. Məşq rutininizə pilates məşqlərindən əlavə olaraq gündəlik kalori yandıran, arıqlama prosesini sürətləndirən başqa proqramlar da əlavə edə bilərsiniz. Məsələn, Pilateslə yanaşı olaraq kardio məşqləri də tətbiq edə bilərsiniz. Qaçmaq, templə yerimək, aerobika, spinning və s. bunlara göstəriləbiləcək ən yaxşı və faydalı örnəklərdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri