Üzdəki qüsurları yox edən yoqa hərəkətləri

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 4 129
Səs ver:
(səs: 4)
Üzünüzün daha zərif və gözəl görünməsi üçün üz yoqasına müraciət edə bilərsiniz. Üz yoqası dərinin sallanmasının qarşısını alır, üzü arıqladıb formaya salır, qırışları azaldır.

Bir
Dodaqlarınızı bir-birinə sıxın. Daha sonra üst dodağın altını hava ilə doldurun. 10-a kimi sayın. Havanı sağ yanağa keçirin, yenə 10-a kimi sayın. Sol yanaq üçün də eyni hərəkəti təkrarlayın. Bu hərəkət 10 dəfə təkrarlanmalıdır. Bu asan hərəkət yanaqların sallanmasının qarşısını alır.

İki
Ağzınıza hava alın və sanki qarqara edirmiş kimi bu havanı ağzınızın içində dolaşdırın. Bu da yanaqların sallanmasının qarşısını alan, üz dərisinin elastikliyini artıran hərəkətlərdən biridir
 
Üç
Dodaqlarınızı büzüb "O” formasına salın. Sonra havanı üfürməyə başlayın.

Dörd
Bu hərəkətə "gülən balıq üzü” deyilir. Yanaq və dodaqlarınızı içəriyə çəkib büzün. Daha sonra bu vəziyyətdə gülümsəməyə çalışın. 5-10 saniyə gözləyin. Bu məşqi 5 dəfə təkrarlayın.

Beş
Başınızı yuxarıya qaldırın və tavana baxın. Bu vəziyyətdə ikən hava üfürməyə başlayın. Bu hərəkət buxağın yaranmasının qarşısını alır.

Altı
Alt dodağınızı qaldırıb burnunuza toxundurun. 15 saniyə bu vəziyyətdə qalın. Hərəkəti gündə 10 dəfə təkrarlayın.

Yeddi
Ağzını mümkün olduğu qədər aç və 15-ə kimi say. Daha sonra ağzını yumub 2-3 saniyə dincəl. Daha sonra hərəkəti təkrarla. Ən az 10 dəfə təkrarlamaq lazımdır.

Səkkiz
Yanaqlarınızı içəriyə çəkin. Dodaqlarınızı büzün. 10 saniyə gözləyin. Bu hərəkəti gündə ən az 10 dəfə təkrarlayın. Bu yanaqlardakı yağı azaldacaq, beləliklə, almacıq sümükləriniz daha gözəl görünəcək.

Doqquz
Ağzınıza mümkün olduğu qədər çox hava alın və ağzınızı yumun. Dərindən nəfəs alın. İstər-istəməz yanaqlarınız içəriyə doğru çəkiləcək. Sonra yavaş-yavaş havanı ağzınızdan buraxın. Bu hərəkəti 5 dəfə təkrarlayın.

On
Almacıq sümüklərinizin üzərinə orta barmaqlarınızı koyun. Dərinizi yuxarıya doğru çəkin. Ağzınızı açın. 10 saniyə gözləyin. Daha sonra əlinizi üzünüzdən götürün. Hərəkəti 10 dəfə təkrarlayın.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 4 129
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri