Arıq qızların nəzərinə: kökəlmək istəyirsinizsə

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 3 126
Səs ver:
(səs: 0)
YƏQIN KI, MƏŞQ ZALLARINDA ARIQ XANIMLARI GÖRDÜKDƏ TƏƏCCÜBLƏNIRSINIZ. ARTIQ ÇƏKISI OLAN XANIMLAR IDMANA ARIQLAMAQ ÜÇÜN GƏLIRLƏR. BƏS ARIQ XANIMLAR NIYƏ MƏŞQ ZALLARINA ÜZ TUTUR? BUNUNLA BAĞLI DANIŞAN MƏŞQÇI ORXAN MƏMMƏDOV BILDIRIR KI, ARIQ XANIMLARIN BƏDƏNLƏRININ BƏZI HISSƏSINDƏ ARTIQ ÇƏKI OLUR. BU ZAMANSA BƏDƏNIN PROPORSIYASI POZULUR. ARIQ XANIMLAR BƏDƏNLƏRININ BƏZI HISSƏLƏRINDƏKI ÇƏKIDƏN AZAD OLMAQ ÜÇÜN IDMANLA MƏŞĞUL OLMALIDIR: "MƏSƏLƏN, ÇOX SAYDA ARIQ XANIM VAR KI, QARIN HISSƏLƏRINDƏ QALIN YAĞ QATI VAR. AZƏRBAYCAN XANIMLARININ ƏKSƏRIYYƏTI AŞAĞI ƏTRAFLARDAN ŞIKAYƏT EDIR. AŞAĞI ƏTRAFLARI ILƏ BEL HISSƏSININ ÖLÇÜLƏRI UYĞUN OLMAYAN XANIMLAR DA AZ DEYIL. MÜTƏMADI DÜZGÜN PROQRAMLA TƏRTIB EDILƏN IDMAN BÜTÜN BU PROBLEMLƏRI QAYDASINA SALIR. BÜTÜN XANIMLARIN BƏDƏN ÖLÇÜLƏRINƏ UYĞUN MƏŞQ PROQRAMI TƏRTIB EDILIR. ONLAR ÜÇÜN XÜSUSI MƏŞQ FORMALARI TƏYIN EDILIR KI, BƏDƏNIN MƏHZ HƏMIN HISSƏSI ARIQLASIN”.

Çəki azlığından şikayət edən xanımlar üçün ən yaxşı vasitə idmandır. Məşqçi deyir ki, bu cür xanımlar üçün əsasən çəki artıran məşqlər təyin edilir: "Arıq xanımların qaçış aparatı, xizək və velosipedlərdən çox istifadə etməmələri tövsiyə edilir. Yalnız güc artıran hərəkətlərdən istifadə olunmalıdır. Bu cür xanımların əzələlərini şok vəziyyətinə saldıqda istənilən nəticəni əldə etmək olar. Normal istirahət də şərtdir. Ən əsası, qidalanmalarına fikir verməlidirlər. Əzələnin inkişafı istirahətdə baş verir. Düzgün məşq, düzgün proqram və düzgün qidalanma ilə sağlam kökəlmək mümkündür. Arıq xanımlar qaçış aparatında 10 dəqiqədən çox qaçmamalıdırlar. Bu isə yalnız isinmə məqsədi daşımalıdır. Əzələlərin inkişafı üçün bu cür məşq üsulu lazımdır”.
Unutmayaq ki, idman hər şeydən öncə sağlamlıqdır. Arıqlığından və köklüyündən asılı olmayaraq hər kəs idmanla məşğul olmalıdır. İdman təkcə arıqlamaq üçün deyil, həm də ideal bədən quruluşana malik olmaq üçün lazımdır. İdmanın xeyrindən başqa heç bir ziyanı yoxdur: "İdmanın əks təsirini yalnız qidalanmaya fikir vermədikdə görmək olar. Məşqlərdən sonra düzgün qidalanmayan xanımlarda sürətli kökəlmə baş verə bilər. Bəzən idmandan yarım saat sonra yemək yeyirlər. Məşqdən minimum 2 saat sonra qidalanmaq olar. Arıq xanımlar isə məşqdən 40 dəqiqə sonra yemək yeyə bilərlər. Çünki məşq adamı acdırır, iştahı artırır. Bu isə kökəlmək üçün şansdır
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 126
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri