Dr.Firudin Konuktan kilo aldıran içki resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 161
Səs ver:
(səs: 1)
Tərkibi:
2 su stəkanı süd
1 ədəd banan
2 ədəd çiy yumurta
1 xörək qaşığı bal (Şirin səviyyəsini artırmaq üçün daha çox da əlavə etmək olar)
2 xörək qaşığı keçibuynuzu tozu (keçibuynuzu qurudularaq toz halına gətirilməlidir)
2 xörək qaşığı qoz tozu (Təzə qoz qırılaraq toz halına gələnə qədər çəkilməlidir)

Hazırlanması:
Yuxarıda saymış olduğumuz materialları sırayısla mikser içərisinə əlavə edərək lazımi qarışığı ala bilərik.
Mikser qabına əvvəl süd əlavə olunur. Sonra təbii olmasına diqqət etdiyimiz 1 ədəd bananı xırda doğrayaraq qaba əlavə etməliyik. Daha yaxşı bir qarışıq əldə etmək üçün digər materialların ərəfəsində mikseri 1 və ya 2 dq işlədərik. Maşını dayandırdıqdan sonra 2 ədəd yumurta qarışığın içinə sındıqdan sonra istəyə bağlı ancaq şişirtmədən bir miqdar bal əlavə edərik. Son olaraq yuxarıda bəhs edildiyi şəkildə əldə edə keçibuynuzu və qoz tozlarını qarışığa qatırıq. Son materialları də əlavə etdikdən sonra mikseri 5 və ya 10 dk işlədərək qarışığın eynicinsli kütlə olmasını təmin etməliyik.

Keçibuynuzu və qoz tozunu ən sonda da əlavə edə bilərsiz.Hazır hala gəlmiş olan qarışığı böyük bir stəkana tökdükdən sonra əvvəlcədən hazırlanmış olan bu tozları hərəsindən 2 xörək qaşığı qədər üstünə səpmək olar.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri