“Qreçka” pəhrizi ilə arıqlayın - QAYDA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 27 235
Səs ver:
(səs: 3)
Sağlam qidalanma ən önəm verdiyimiz məsələlərdən biridir. Təbiətin bizə bəxş etdiyi möcüzəvi qidaları həyatımıza daxil edərək sağlıqlı qidalanmaq mümkündür. Bu qidalardan biri də "qreçka” kimi tanıdığımız qarabaşaqdır.
 
Qarabaşaq yüksək proteinə sahibdir. Tərkibində doymamış yağ asitləri, aminoasitlər, antioksidanlar, B1, B2 və E vitaminləri olmaq üzrə bir çox vitamin, fosfor, maqnezium, sink və mis var.  Yüksək nisbətdə pəhriz lifi var.
 
Az yağ tərkibli olduğu üçün qidalanmada və arıqlama pəhrizlərində istifadə edilə bilər. Aclıq hissini öldürməkdə çox təsirlidir.
 
Yüksək xolesterolun düşməsinə kömək olur. Gündə 100 qram qarabaşaq yeyənin pis xolesterolunun düşdüyü, əvəzində isə xoş xassəli xolesterolun artdığı görülüb.
 
Tərkibindəki "choline” maddəsi qaraciyər yağlanmasının qarşısını alır.
 
Qan təzyiqinin düşməsində təsirlidir.
 
İçərisindəki "rutin” fermenti sərbəst radikallarla mübarizə aparıb bədəni xərçəngə qarşı qoruyur.
 
Bu flavonoid qanın axınını tənzimləyir, qan damarlarını qoruyur, qan laxtalanması və qan itkisini əngəlləyir.
 
Yüksək maqnezum tərkibi ilə qan şəkərini normasında saxlayır. Şəkər xəstələri qarabaşağı problemsiz yeyə bilər.
 
1-ci gün
Oyananda : 2 stəkan su və 2 ədəd quru ərik
Səhər yeməyi : yağsız tost ,  2 ədəd qoz, 1 stəkan  süd
Günorta yeməyi : 120 qr yağsız dana əti, detoks ayran, bol yaşıllıqlı salat
Ara yemək : 1 kasa zəncəfilli qatıqlı qarabaşaq
Axşam yeməyi : Qatıqlı qarabaşaq, 1 kasa tərəvəz şorbası
Gecə: 1 böyük kivi
 
2-ci gün
Oyananda : 2 stəkan su və 3 ədəd ərik qurusu
Səhər yeməyi :  Qaynamış yumurta və 1 çay qaşığı bal, 1 dilim kəpəkli çörək, 1 fincan şəkərsiz çay
Günorta yeməyi :  Qızardılmış sümüksüz balıq, 1 kasa mərci şorbası, bol kahı salatı
Ara yemək :  10 ədəd badam, 10 ədəd fındıq
Axşam yeməyi :  Qozlu qarabaşağ salatı, detoks ayranı
Gecə:  2 incə dilim ananas
 
 3-cü gün
Oyananda : 2 stəkan su, 2 ədəd qoz
Səhər yeməyi :  1 kasa qarabaşaqlı süd qarışımı
Günorta yeməyi :  toyuq qızartması, qozlu qarabaşaq salatı
Ara yemək :  2 kəpəkli biskvit, 1 fincan südlü qəhvə
Axşam yeməyi :  Qatıqlı qarabaşaq , 1 kasa tərəvəz şorbası
Gecə:  1 stəkan nar suyu
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 27 235
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri