28 gün + 8 dəqiqə = ?

Müəllif: Qlamurr
Şərhlər: 12
Baxılıb: 7 045
Səs ver:
(səs: 4)
Hər səhər 8 dəqiqəlik idman və düzgün qidalanma proqramı ilə 28 gündə formaya düşə bilərsiz. Necə? Gözəl bədən quruluşuna sahib olmaq istəyənlər üçün mütəxəssis Corc Kruzun bir neçə tövsiyəsini təqdim edirik.

Corc Kruz vaxtilə çox kök olub və bundan əziyyət çəkib. Korbağırsağı partlayandan sonra isə vərdişlərini tamamilə dəyişdirmək qərarına gəlib.

"Çox süd məhsulu və qırmızı ət yeməyi tərgitdim, işlənmiş qidalardan tam taxıl məhsullara və tərəvəzlərə keçdim, bol su içməyə, soya məhsulları yeməyə başladım. Bir gün baş ağrılarımın və astmamın kəsildiyini hiss etdim. Özümü sağlam və enerjili hiss etməyə başladım”, - deyən Corc ondan sonra insanların sağlam olması və formada qalması üçün öz bildiklərini paylaşmağa başlayıb.

Corcun məsləhət bildiyi bu proqram hər səhər 8 dəqiqəlik hərəkətlə başlayır. İdmandan əvvəl yataqdan durarakən "oyanma danışığı” ilə özünüzü motivasiya edin.

Kilo vermə hədəflərinizi təyin edin, artıq çəkilərdən xilas olmaq üçün yeni yollar tapın. Özünüzü mənfi düşünən birindən müsbət düşünən birinə çevirin.

Nəfəsalma şəklinizi dəyişdirərək gizli enerji qaynağı yaradın, hərəkətlərinizi dəyişdirmək üçün gözünüzdə canlandırmaq enerjisindən yararlanın.

Bir saniyə ərzində ruh halınızı dəyişdirib özgüvəninizi ortaya çıxarın.

Gündəlik tutub irəliləyişləri, etdiklərinizi və sizi xoşbəxt edən şeyləri qeyd edin.

Proqramın əsasında sadəcə 8 dəqiqə iki əhəmiyyətli idman hərəkəti edin. Bu iki hərəkət hər gün maddələr mübadilənizi gücləndirməyə, forma almağa və yağları yandırmanıza kömək edir.

Bütün pəhrizlərdə olduğu kimi, bu proqramda yalnız omega yağları yeməyə məcbur deyilsiz. Sadəcə digər yağları da az miqdarda istifadə edin.

Unutmayın ki, omega yağlarını nə qədər çox istifadə etsəniz, o qədər tox hiss edəcək, maddələr mübadiləniz sürətlənəcək, yediklərinizdən zövq alacaq, xəstəliklərin qarşısı alınacaq və özünüzü xoş hiss edəcəksiz.

Səhər çörəyin üzərinə mürəbbə yerinə kətan toxumu yağı sürtün.

Tərəvəzlərin üzərində sous yerinə kətan toxum yağ istifadə edin. Çox yemək yeməmək üçün axşam yeməyindən bir saat əvvəl 1 çay qaşığı kətan toxumu yağı qarışdırılmış qatıq yeyin.

Yeməyi bişirdikdən sonra içinə bir çay qaşığı kətan toxumu yağ qatın.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 7 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri