XXI əsrin arıqladan qidası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 253
Səs ver:
(səs: 3)
alt
Bu gün dünya əhalisinin böyük qismi piylənmədən, artıq çəkidən əziyyət çəkir. Arıqlamaq üçün müxtəlif üsullara əl atılsa da, onlar həmişə faydalı olmur. Çoxları həm tox saxlayan, həm ləzzətli, həm asan tapıla bilən, həm də sağlam həyat tərzi üçün faydalı olan qidanın axtarışındadır. 
Mütəxəssislər XXI əsrin arıqlatma qidası kimi badamı məsləhət görürlər.  
Badam sink, dəmir, kalsium,E vitamini kimi minerallar və vitaminlərlə zəngindir. Bundan əlavə, Amigdalin maddəsi ilə xərçəngə qarşı qoruyucu özəlliyə sahibdir. O, ürək-damar xəstəliklərindən qoruyur, yaşlanmağı yavaşladır. 
Amerikada aparılan araşdırma badamın artıq çəkidən azad olmağa kömək etdiyini üzə çıxarıb. Belə ki, bir qrup könüllüyə 17 ədəd badam verilib. Keyfiyyətli protein, həyat üçün əhəmiyyətli olan yağlar insanın daha uzun müddət tox qalmasına kömək edir. Badam sərt qida olduğu üçün insanın çeynəmə qabiliyyətini və bağırsağın fəaliyyətini artırır.
Arıqlamaq üçün badamdan aşağıdakı kimi istifadə edin:
Badam alarkən onun çiy, qovrulmamış və duzsuz olmasına diqqət edin. 
Qabığı asan qırıla bilənlərə üstünlük verin.
Bir dəfədə 15-dən artıq badam qəbul etməyin. 
Yemək aralarında yeməyə çalışın. Badam az yağlı süd və ayranla birlikdə mükəmməl olur. 
Meyvə ilə birlikdə badam yemək onların tox saxlamaq qabiliyyətini daha da artırır. 
Əsas yemək vaxtı qəbul etmək üçün qidanız yoxdursa, 50 badam yeyin. Bu, nahar və ya şam yeməyini əvəz edə bilər.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 6 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri