Arıqladan, yağları yandıran bitki çayları ­

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 4 622
Səs ver:
(səs: 2)
Arıqlamaq üçün bir çox yollardan istifadә edilir. Estetik әmәliyyatlar, pәhriz siyahıları, mәdә kiçiltmә, arıqlama әmәliyyatları, arıqladan mәhsullar vә hәblәr kimi bir çox variantlar var.
Bunların arasından әn çox seçilәn bitki mәnşәli çaylardır. Bitki mәnşәli çayların çәki azaltmasındakı rolunu araşdırıb.

Bitki çayları bitki mәnşәli arıqlatma üsulları arasında tәbii olması, qida kimi yeyilmәsi, әks tәsirlәri vә zәrәrlәrinin çox aşağı olması sәbәbindәn mәşhurdur vә daha çox yayılıb. Bitkilәr alәmindә şәfa verәn vә çay olaraq içilmәsi mümkün olan bir çox bitkilәr var. Lakin adәt etmәdiyimiz üçün onların dadı bizә yaddır. Amma onları içsәk, istәdiyimiz çәkiyә çata bilәrik. Bununla hәm büdcә sarsılmaz, hәm dә heç bir cәrrahiyyә әmәliyyatı keçirmәdәn sağlam formada çәki azaltmaq olar.
Bitki çayları maddәlәr mübadilәsini sürәtlәndirir. İstәr qarın, istәrsә dә bәdәnin başqa hissәlәrindә olan yağları әritmәk vә artıq çәkidәn xilas olmaq üçün bitki mәnşәli arıqladan çayların istifadәsi daha çox mәslәhәt görülür.
İlk növbәdә gündәlik qәbul etdiyiniz kaloriyә diqqәt etmәlisiniz. Çünki gündәlik aktivlikdәn daha çox aldığınız kalorilәr bәdәndә yağ kimi yığılır. Bundan başqa, hormonal nizamsızlıq yaşayan vә tiroid vәzilәrindә problem olan insanlar daha çox artıq çәki alır. Bu mövzularda sağlamlıq probleminizin olub­olmadığını öyrәnmәk üçün hәkimә müraciәt etmәlisiniz.
 
Arıqlamağa kömәk edәn bitkilәr arasında razyana daha çox üstünlük tәşkil edir. Bundan başqa, bibәriyә yağı, küncüt yağı vә limon qabığı yağı da yağ yığılmış bölgәlәrә masaj şәklindә çәkilә bilәr. Yaşıl çay da maddәlәr mübadilәsini sürәtlәndirәn tәsiriylә arıqladan bitki mәnşәli çaylar arasındadır.
 
Arıqlamaq üçün qәrәnfil çayı möcüzәsindәn dә faydalana bilәrsiniz. İsti suyun içәrisinә 2 әdәd qәrәnfil atıb bir az saxlayın. Bir qabda qarışdırdığınız 1 çay qaşığı bal vә 1 yemәk qaşığı alma sirkәsini hәmin suya әlavә edin. Yaxşıca qarışdırdıqdan sonra ağzı bağlı olaraq stәkanda ilıq olanadәk saxlayın. Bu qarışığı sәhәr yemәyindәn 1 saat әvvәl için vә 1 aydan çox olmaması şәrtilә hәr gün tәkrar edә bilәrsiniz.
 
Arıqlamağınıza kömәk olacaq bir başqa bitki çayı isә darçın vә zәncәfil çayıdır. Bu çayı hazırlamaq üçün ehtiyacınız olan vәsaitlәr 1 darçın qabığı, 1 kök zәncәfil, 1 çay qaşığı qara bibәr, 1 litr su, 6 әdәd hil, 2 әdәd qәrәnfil vә 1 çay qaşığı baldır. Qara bibәr vә baldan başqa qalan bütün vәsaitlәri bir qabda qarışdırıb 3 dәqiqә qaynadın. Qaynamış qarışımın içinә balı vә qara bibәri әlavә edin. Әldә etdiyiniz çayı günorta vә axşam gündә 3­4 stәkan içә bilәrsiniz.
 
Zәncәfil çayı, cökә vә ada çayı da tәklikdә sürәtli vә sağlam arıqlamağa kömәk edәn bitki çaylarıdır. Bu bitki çayları sayәsindә bәdәninizdә yığılan toksindәn azad ola bilәrsiniz. Tәtbiq etdiyiniz pәhriz proqramlarına bitki mәnşәli arıqladan çayları da әlavә etsәniz, daha sürәtli vә qalıcı arıqlamağa nail ola bilәrsiniz.
 
Limon otu çayını da arıqlamaq üçün istifadә edә bilәrsiniz. Tәrkibindә olan A vitamini sayәsindә hәm dәrini gözәllәşdirәn, hәm dә yağ yandırmanı asanlaşdıran limon otu çayı asan tapılan bitkidir. Bir qaba 2 çay qaşığı limon otu atın, qaynadıqdan sonra çay kimi için. Üzәrinә 1 çay qaşığı nanә dә әlavә edә bilәrsiniz.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri