Pəhriz saxlayanlar üçün az kalorili yeməklər - RESEPTLƏR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 835
Səs ver:
(səs: 0)
Az kalorili yeməklərlə pəhrizinizi pozmadan damaq dadınıza fərqli ləzzətlər qata bilər və sağlam şəkildə arıqlamağa davam edə bilərsiniz.

Küncütlü-xardallı ət - 355 kalori
Tərkibi:
1 ədəd quzu qabırğası və ya bifşteks
1 xörək qaşığı xırdalanmış boyat çörək içi
1 çay qaşığı xardal
1 çay qaşığı küncüt
1 çay qaşığı zeytun yağı
Duz, kəklikotu, istiot

Hazırlanması:
Çörək içi, küncüt, duz, kəklikotu, istiotu bir qabda qarışdırın. Xardalı fırça ilə ətin iki tərəfinə sürtüb çörəkli qarışıma batırın. Zeytun yağını tavada isidib əti qızardın. Mətbəx kağızının üzərinə qoyub artıq yağını çəkin. İsti və ya ilıq olaraq süfrəyə verin. Nuş olsun!

Yaşıl qabaq - 185 kalori
Tərkibi:
2 ədəd qabaq
2 ədəd şüyüd
1 xörək qaşığı un (30 qr)
1 yumurta ağı
1 çay qaşığı rəndələnmiş holland pendiri
Qızartmaq üçün duru yağı
Duz
İstiot

Hazırlanması:
Qabaqları təmizləyin, iri-iri rəndələyib artıq suyunu sıxın. Yumurta ağını ayrı bir qabda ağarana kimi çırpın. Şüyüdü yuyub doğrayın. Unu bir qaba töküb holland pendiri, duz və istiotla qarışdırın. Şüyüd və qabağı da əlavə edib qarışdırın. Yumurta ağını az-az əlavə edərək yedirin. Eynicinsli bir qarışım əldə edincəyə qədər qarışdırın. Qızartmaq üçün duru yağı tavada qızdırıb qabaqlı qarışımdan qaşıq-qaşıq götürərək əlavə edin. İki tərəfi də qızarınca kağız salfet üzərinə sərib artıq yağını çıxarın. İsti yeyin. Nuş olsun!

Gilaslı və şaftalılı keks - 180 kalori
Tərkibi:
2 ədəd yumurta
4 xörək qaşığı un (85 qr )
3 xörək qaşığı kartof nişastası
3 xörək qaşığı soyuq su
Yarım paket qabartma tozu
1 limonun rəndələnmiş qabığı
4 xörək qaşığı mürəbbə
3 şaftalı və 10 gilas

Hazırlanması:
Yumurtanın sarısını ağından ayırın. Sarıları 3 qaşıq soyuq su ilə çalın. Un, nişasta, qabartma tozu və rəndələnmiş limon qabığını əlavə edib, düzgün bir qarışım əldə edənə qədər qarışdırın. Yumurta ağlarını ayrı bir qabda ağappaq halda çırpıb qarışıma az-az əlavə edin. Soba qabına alüminium folqa sərib qarışımı əlavə edin. Əvvəlcə 200 dərəcədə isidilmiş sobada 20-25 dəqiqə bişirin. Bişdikdən sonra çıxarıb soyudun.
Soyuduqda keksin ortasını stəkan ağzı ilə dairəvi kəsin. Kənar qisimlərdən yarpaq şəklində kəsib üzərinə mürəbbə əlavə edin.

Mayonezli, qozlu xiyar - 315 kalori
Tərkibi:
1 ədəd xiyar
1 xörək qaşığı mayonez
4 yarım qoz ləpəsi
4 ədəd nanə yarpağı
2 damcı tomat sousu
Duz

Hazırlanması:
Xiyarı soyub uzunsov iki yerə bölün. İç qismini oyaraq çıxarın və doğrayın. Mayonez, doğranmış xiyar içi və sousu bir qabda qarışdırıb xiyarın içinə doldurun. Yarım qoz və nanə yarpaqları ilə bəzəyib süfrəyə verin.

Pendirli qızardılmış qabaq ruleti - 280 kalori
Tərkibi:
5 ədəd orta böyüklükdə qabaq
1 stəkan kəsmik
½ stəkan ağ pendir
½ dəstə şüyüd
1 stəkan bibərli yaşıl zeytun
1 ədəd bibər
1 stəkan duru yağ
Duz
İstiot

Hazırlanması:
Qabaqları yarım sm qalınlığında uzunsov şəkildə kəsin. Hamısını duzladıqdan sonra sulanan qisimlərini kağız dəsmalla basdıraraq qurulayın. Fırça ilə qabaqların iki üzünə duru yağ sürtün, tavada qızardın. Bibər və şüyüdü incə doğrayın. Qalan ərzaqlarla qarışdırın. Əldə etdiyiniz qarışımdan hər qabağın içinə bir tikə qoyub rulet edin. Daha sonra yağda qızardın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 835
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri