Sağlamlıq və emosiyalar

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 532
Səs ver:
(səs: 1)
Bizim hər bir emosiyamız beynin müəyyən sistemini fəallaşdırır, hərəkəti dəyişməyə, yeni vəziyyətə uyğunlaşmağa yönəldir. Məsələn, qorxu hissi bizdə "qaçmaq" fikrini oyadır: qanda adrenalin ayrılır, ürək əzələsinin, tənəffüs sisteminin işi güclənir, arterial təzyiq yüksəlir, nəbzin vurması sürətlənir, maddələr mübadiləsi orqanlarının işi zəifləyir.

Qadınla.com bildirir ki, Çarlz Darvin təkamül müstəvisində emosiyaları səciyyələndirərkən onların instinkt davranış formaları ilə əlaqəsindən danışıb. Bizim bədənimiz istənilən emosiyaya cavab verir. Deməli, daxilən keçirdiyimiz halların səhhətimizə müsbət və ya mənfi təsirində təəccüblü heç nə yoxdur.

Emosiyaları boğmaq sağlamlığa təsir edə bilər. İnsanın öz emosiyasını boğması böyük qüvvə sərf edərək iri topu su altında saxlamağa bənzəyir. Biz emosiyalarımızı gizlətmək məqsədilə həddən ziyadə səy göstəririk, buna baxmayaraq emosiyalar "azadlığa" buraxılır, özü də müxtəlif xəstəliklərin əhatəsində.

Bizim bədənimiz yaxınlaşan təhlükə barədə daim siqnal verir. Məsələn, kürəyinizdə, sinənizdə ağrılar, başağrısı yaranıbsa, iştahanız pozulubsa, sizdə qəbzlik, ishal yaranıbsa, təngnəfəslik, ağızda quruluq hiss olunursa, yuxu pozulubsa, deməli psixi sağlamlığa və emosiyalara diqqət yetirməyin vaxtı çatıbdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 532
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri