Psevdodepressiya, yoxsa depressiya? – PSİXOLOQ YAZIR

Şərhlər: 5
Baxılıb: 1416
Səs ver:
(səs: 0)
Gündəlik həyatda tez-tez işlədilən ifadələrdən biri –“deyəsən depressiyadam “ ifadəsidir. Depresiyya əslində nədir? Simptomlari nədir? Diaqnozu kim tərəfindən qoyula bilər? Tibbi təhsili olmayan şəxslərin bu diaqnozu özlərinə qoyma haqları varmı? İlk öncə bu sualların cavabını düzgün vermək lazımdır.

Bəzən çox yaxın birini itirdikdə, işindən azad olunduqda, sevdiyin şəxsdən ayrıldıqda və s. hallarda insanlarda emosional pozuntuları müşahidə etmək olar. Negativ düşüncələr, qəmgin olmaq, kədərli hiss etmək bir sözlə, duyğu və düşüncələrdə kəskin dəyişikliklər frustrasiya halı çox vaxt insanların özlərinə depressiya diaqnozunu qoymağa vadar edir. Ancaq depressiya psixoloji bir xəstəlikdir və diaqnozunu ancaq psixiatr qoya bilər. Hər bir psixoloji xəstəlik kimi depresiyyanın da spesifik simptomlari var. İlk öncə bunu qeyd etmək lazımdır ki, emosional dəyişiklik müvəqqəti xarakter daşıyır. Bu zaman insanın özünə qarşı olan güvənində, inamında hər hansı bir əskiklik müşahidə edilmir. Ancaq depressiya minumum iki həftə olmaqla daha uzunmüddət davam edən kliniki simptomları olan psixoloji bir xəstəlikdir. Kliniki simptomlarina emosional çökkünlük, yorğunluq, enerji əskikliyi, özgüvəndə azalma, ümidsizlik, əvvəl zövq aldığı aktivitələrə qarşı istəksizlik, zövq ala bilməmək və s. aiddir. Bundan başqa, somatik simptomları da vardır ki, yuxu pozuntusunu(yuxusuzluq-insomnia və ya əksinə, çox yatmaq-hipersomnia), yemək yemə pozğunluğunu( iştahsızlıq- kilo vermə və ya əksinə iştahın artması -kilo alma) göstərmək olar.Eyni zamanda, koqnitiv səviyyədə də defisitlər özünü göstərir. Belə ki, hadisələrin interpretasiyasında irrasionallıq, diqqət əskikliyi, yaddaşsızlıq aid edilə bilər. Depressiyada qırmızı alarm olaraq qeyd edilən ən kritik göstərici insanin suisidal ruminasiyasıdır. Özünəqəsd düşüncəsi təsbit edildiyi ilk andan dərhal müdaxilə edilərək düzgün müalicə üsulu təyin edilməlidir.

İnsanı depressiv hala vadar edən bir sıra faktorlar var.

1) Genetik faktorlar: ailədə valideynlərdən hər hansı birinin depressiv pozuntusunun olması depressiya keçirmə ehtimalını daha da artırır.

2) Cinsiyyət faktoru: Qadınların kişilərə nisbətdə depressiyaya meyilliliyi iki dəfə daha çoxdur.

3) Şəxsiyyət faktoru: daha çox pessimist ,introvert insanlarda depressiyaya meyillik daha yüksəkdir.

4) Sosial faktorlar: Uzun müddət şiddətə məruz qalmaq, cinsi istismar qurbanı olmaq,mobinq vəs.

Depressiyanın 3 əsas forması var:

1) Major depressiya: Minumum iki həftə kəskin kliniki simptomlarla özünü göstərir.Ancaq bu hal bəzən aylarla davam edə bilir.Həyatinda bir dəfə major depressiya keçirmiş insanda yenidən təkrarlanma ehtimalı daha yüksək səviyyədə olur.

2) Distimik pozğunluq: Ən az iki il müddətində müşahidə edilən daha az kəskin stabil kliniki simptomlarla davam edən depressiyanın bir formasıdır.Major depressiya daha çox hər hansi bir hadisəyə bağlı olaraq yarandığı halda, distimiya aylarla ,illərlə davam edən uzumüddətli anhedoniya,enerji əksikliyi, iştah pozğunluğu,yuxu pozğunluğu,yorğunluq vəs. konstant simptomlarla müşahidə edilir.

3) Premenstrual disforiya pozğunluğu: Menstruasiya başlamadan öncəki ilk bir və ya iki həftə ərzində qadınlarda müşahidə edilən depressiyanın bir formasıdır.Bu zaman qadınlarda daha çox qorxu,təşviş halları, həssaslıq, ağlamaq,yorğunluq,baş ağrısı,əzələlərdə ağrı ,əsəbililik kimi simptomlar özünü göstərir.

Depressiyanın müalicəsinə gəldikdə həm psixoterapiya, həm də medikamentoz yolla mümkündür. Bəzən isə hər ikisinin kombinasiyasindan (yəni,psixoterapiya və medikamentoz ikisi birlikdə) istifadə olunur.

İlahə Novruzova
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1416
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Men depresiyaya duwen deyilem o qederde.eger bele bir wey olacaqsa ozumu tez toplayiram sevmirem kenardan mene desinler ne olub niye olub
7 iyun 2020 15:46
5
p.s
Şərh sayı: 1344
Xəbər sayı: 130
GüL
Men tez-tez depressiyaya dusen biriyem. Bir sey meni uzduse(bezi hallar istisna olmaqla) derhal ozume qapaniram, gunlerle hec ne etmirem. Sevdiyim esyalar alinsa ve ya istediyim seyler olsa bele sevinmirem. Hevesim olmur. Kecen il agir depressiya kecirdim. Ailemde boyuk problem yasanmisdi. (p.s: hec vaxt intahar dusunmemisem). Hissiyyatimi itirdim. Uzule ,sevine, teccublene bilmirdim. Sadece urek doyuntum suretlenirdi. Psixoloqa getdim, agir eseb dermanlar qebul etdim. Sukur indi yaxsidir her sey.
6 iyun 2020 17:40
4
Şərh sayı: 3768
Xəbər sayı: 109
ÜlSi❤
-Depressiya'ya düşmeyi men anlamiramda!
Xeber ucun teşekkürler 01 )
6 iyun 2020 17:25
3
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 80964
Xəbər sayı: 30
BARBI
Menstruasiya oncesi depressiya mende de olur.Cox esebi oluram
6 iyun 2020 14:09
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 4925
Xəbər sayı: 48
fiyonik
En sevmediyim seydi. Ele insan olur bir azca ehvali yaxsi olmur o deqiqe baslayir depresyondayam. Menim ehvalim da pis olsa. Ozguvenimde dusuk olsa basqa gostericiler mende olsa bele hec vaxt demirem ki, depresyondayam. Insanin oz elindedir. Maragli aktiviteler tapa biler. Ozunu sakinlesdire biler. Yox artiq hecne ede bilmirse, hekimle gorusmekde fayda var. Melumat maragli idi. Tesekkurler!
Ayparçası ☪
6 iyun 2020 13:15
1
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri