Faydalı sıyıqların bilmədiyimiz ziyanları

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 7 655
Səs ver:
(səs: 0)
Sıyıqlar sağlam və faydalı qida hesab olunur. Lakin bəzən sıyıqlarinsan sağlamlığına ziyan vura bilər.
Bu xüsusilə bəzi xroniki xəstəlikləri olan insanlara aiddir.

Rusiyalı diyetoloq Mariyat Muxina Roskaçestvo-ya bəzi tez-tez yediyimiz və faydalı hesab etdiyimiz sıyıqların mənfi tərəflərini açıqlayıb.

Yulaf yarması sıyığı ("gerkules"). Çox faydalı sıyıqdır. Qastrit və mədə iltihabı zamanı yaxşı kömək edir, qəbizliyi aradan qaldırır, vitamin və minerallarla zəngindir.Lakin yulaf yarmasının tərkibində"fitin" adlı maddə var. Bu maddə sümüklərdən kalsiumun yuyulmasını tezləşdirir. Bu səbəbdən yulaf yarmasnı həftədə 1-2 dəfədən çox yemək tövsiyə edilmir.

Qarabaşaq sıyığı.
Bu da çox faydalıd sıyıqdır. Əməliyyat keçirmiş insanlar, hamilə qadınlar üçün çox faydalıdır. Lakin qəbizlikvə köpə meylli olan, böyrək çatışmazlığı və mədə xorasında əziyyət çəkənlər bu sıyığın istehlakını məhdudlaşdırmalıdır.

Düyü sıyığı.
Ekspert qəhvəyi düyüyə üstünlük verməyi tövsiyə edir. Bu düyü beyinin fəaliyyətinə müsbət təsir edir, orqanizmdən artıq mayeni çıxardır, yuxunu tənzimləyir.Ağ düyünü isə (xüsusilə "aş düyüsü" kimi tanıdığımız düyü növünü) məhdudlaşdırmaq lazımdır.Skleroz və diabetdən əziyyət çəkənlər ağ düyü yeməməlidir. Həmçinin düyünün tez-tez istehlakı böyrək daşı xəstəliyinin inkişafına təkan verə bilər.

Manna.
Manna yarmasında da sümüklərin sıxlığına mənfi təsir edən fitin var.Şəkərli diabet və piylənmədən əziyyət çəkənlər və 3 yaşına qədər uşaqlar manna sıyığını yeməməlidir.

Darı yarması sıyığı.
Bu sıyıq orqanizmə bərpa olunmağa köməkedir, güc verir. Lakin qastrit, mədə xorası xəstəliyi, podaqra, böyrək xəstəlikləri zamanı bu sıyığı qidalanmaya yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonradaxil etmək olar.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 7 655
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri