Qatıqla birlikdə yeyildikdə - baxın nələrə faydalıdır

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 1 350
Səs ver:
(səs: 0)
Yay-qış yeyilə biləcək tut qurusunun tərkibində yüksək miqdarda C vitamini və dəmir var.

Qadınla.com xəbər verir ki, tək başına yeyildikdə böyük antioksidan qaynağı olan tut qatıqla birlikdə yeyildikdə şirniyyat istəyinin qarşısını alır. Tutun yarpağı , meyvəsi, sapı da antioksidan baxımından son dərəcə güclüdür. Antioksidanlar sərbəst radikalların hüceyrəyə verdiyi zərərlərin qarşısını alır. Bundan başqa tut meyvəsi tərkibində Resveratrol antioksidanı var. Bu antioksidan növü daha uzun yaşamağı təmin edir və eyni zamanda yaşlanmayı gecikdirir.
Quru tut Çin tibbində uzun müddət xərçəngə qarşı şəfa məqsədilə istifadə edilmişdir. Edilən araşdırmalar nəticəsində bu üsulun düzgün olduğu göstərilib.

Elmi araşdırmalar göstərir ki, quru tut qan şəkərini tənzimləyir. Tutun tərkibindəki DNJ maddəsi qan şəkərini nəzarətdə saxlayır. Amma diabet xəstələri porsion nəzarətini saxlamaqla yeməlidir.

Lif baxımından zəngin quru tut bağırsaqların nizamlı işləməsini təmin edir. Ürək sağlamlığını qoruyaraq xolestrol səviyyəsini aşağı salır.

Qatıq və quru tut qarışımını ara yeməklərdə və ya səhər yeməyində yeyə bilərsiniz. Bu sayədə artıq çəkilərdən xilas ola bilərsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri