Nə yeyək ki, yaxşı işləyək?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 286
Səs ver:
(səs: 0)
Qida yalnız sağlamlığa, əhval-ruhiyyəyə və vücüdumuzun formasına deyil, həm də beynimizin işləməsinə də təsir göstərir. Məsələn, yağlı qida yaddaşı və qavramanı zəiflədir. Xoşbəxtlikdən beynimizin işləməsinə yaxşı təsir göstərən bir sürü qida məhsulu da mövcudur. Odur ki, əvvəlki qədər effektiv işləmirsinizsə, istefa verməyə təsləməyin. Yaxınlıqdaki marketə yollanın və səbətə aşağıdakı qida məhsullarını atın:

Qəhvə
Sirr deyil ki bir fincan qəhvə orqanizmi oyandırır və gümrahlıq verir. Bu necə baş verir? Kofein yorğunluq və yuxu gətirən adenozini blok edir. Bundan əlavə kofein diqqəti cəmləməyə kömək edir və beynin siqnalları sürətlə qəbul etməsinə təkan olur.

*Məsləhət: Kofein asılılıq yaratdığı üçün ərzində 1-2 fincandan artıq qəhvə içmək məsləhət görülmür

Qoz-fındıq
İşlədiyimiz zaman beynimiz gücə düşür və enerji sərf edir. Vitamin və minerallarla zəngin qoz-fındıq isə beynimizi enerji ilə təmin edir və yaddaşı gücləndirir. Bundan əlavə, onun tərkibində olan maqnium stresin yaranmasının qarşısını alır.

*Məsləhət: qoz-fındıq bol kalorili qidadır. Bu səbəbdən də onu yalnız təbii şəkildə, yəni duzsuz və şəkərsiz qəbul etmək məsləhət görülür. Gündəlik tələbatdan daha artığını istehlak etmədiyinizdən də əmin olun.

Boranı tumu
Beynimizin işləməsi üçün maqnium, dəmir və sink şərtdir. Bütün bu maddələri özündə birləşdirən qida məhsulları isə boranı tumudur. Maqnium zehni və yaddaşı gücləndirir, sink neyronları aktivləşdirir, dəmir isə informasiyanı daha yaxşı qavramağa kömək edir. Bu maddələrin azlığı beynin işləməsini ləngidir və yaş ötdükcə Alzheymer xəstəliyinə gətirib çıxarır.

*Məsləhət: boranı tumları eynilə qoz-fındıq kimi yüksək kalorili qidadır. Gündəlik norma 25-30 q təşkil edir.

Tünd şokolad
ABŞ-da 968 nəfərin iştirakı ilə sınaq keçirilmişdir. Sınaq zamanı bir qrup iştirakçı şokolad yeyir, digər qrup isə yemirdi. Hər iki qrupa eyni tapşırıqlar verilirdi. Nəticədə şokolad yeyən insanlar tapşırıqların öhdəsindən asanlıqla gəlmişdir.

Göyə
Göyəm ona rəng qatan antosian antioksidanının vasitəsilə beynimizi yaşlanmadan qoruyur. Sözü gedən maddə bir çox giləmeyvələrin tərkibində var.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 286
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri