Yayda nə qədər su içməli – Orqanizmin maye tələbatını hesablayaq

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 178
Paylaş:
Səs ver:
(səs: 0)
Hansı həkimə gediriksə, mütləq bol maye, adi su içməyimizi tövsiyyə edir. Su içməyin faydaları haqqında o qədər miflər gəzir ki, adam lap günə bir vedrə su tükətmək istəyir. Amma elə adam var ki, su içə bilmir ki, bilmir.

Artıq içiləndə dərd verir su da... deyimini nəzərə alıb Medicina.az xüsusən yayda aktual olan su içmək və orqanizmin nə qədər su tələb etməsi barədə mifləri araşdırıb. Necə bilmək olar ki, kifayət qədər su içirik?

Sutkalıq maye norması

Dietoloqlar gündə 8 stəkan su içməyə qarşıdır. Təbii ki, söhbət peşəkar dietoloqlardan gedir. Çünki son zamanlar çoxu ümumi məsləhət naminə elə hamıya 8 stəkan suyun faydalarını sayır. Əslində isə sutkalıq su miqdarı norması hər insana görə dəyişir və fərdidir.

Tibbi baxımdan bədən çəkisinin hər kiloqramına görə təxminən 40-60 ml su hesablanır. Yəni əgər 60 kq çəkiniz varsa, maksimum 2 litr su içə bilərsiz. 80 kq-dan yuxarı insanlar üçünsə 2,5-3 litrdir. Bundan çox içmək mümkün deyil, həm də səy və inad tələb edir. Nəzərə alın ki, gündəlik normanı 1-2 saatın içində bitirmək olmaz. Tutaq ki, oxuduz ki, sizə 2 litr su lazımdır. 1 litrini içib, birini də bir saatdan sonra içmək təhlükəlidir. Məsələn fakt var ki, 3 amerikalı əsgər bir neçə saatın içində 20 litr su içdiklərinə görə ölmüşdülər. Yəqin ki, onlar mərcə gəlmişdilər.

Yayda norma artır, amma yenə də məcbur deyil

Isti havalarda tər ilə bədəndən maye itkisi çox olduğundan, insan daha çox su tükətməlidir. Amma minimum normanın bir qədər üstündə. Məsələn 50-55 kq-lıq insan sutkada 3 litr, 80 kq-lıq isə 5 litr. Isti havalarda daha çox fiziki aktivlik göstərən insanlar bu həddi aşa bilər. fəhlə çalışanlar, idmanla məşğyl olanlar, açıq havada çox olanlar – normanın yuxarı həddində su qəbul edə bilər. Unutmayın ki, təhlükəsiz norma günə 2,5-3 litrdir.

Qidadan su

Maye qəbulu o demək deyil ki, elə stəkanla su içməlisiz. Gündəlik normanın 70-80%ni sudan alıb, qalanını ərzaq, qida ilə təmin edə bilərsiz.
Bu həm də təbiətin qanunudur. Su ilə zəngin qidalar: qarpız, brokkoli, sitrus, süd, yoqurt, almadır. Həmçinin soyuq şorbalar.

Hansı hallarda maksimum su içmək lazımdır?

İsti havada iş görərkən, qaçış zamanı, həmçinin müəyyən xəstəliklərdə: bağırsaq pozulmaları, diareya, qızdırma, qrip, çox tərləmə, əsəb və stress zamanı maye qəbulu artmalıdır.

Kİmlərə çox su içmək zərərlidir?

Ürək, böyrək, qaraciyər çatışmazlığı və qalxanabənzər vəzin ağır disgunksiyası olan, antidepressant qəbul edən insanlar normanın minimum həddində su içməlidir

Necə bilmək olar ki, kifayət qədər su almışam?

Əgər boğazınız, dodaqlarınız quruyursa, ağız küncləri çatlayırsa, dəriniz qurudursa, sidiyiniz şəffaf deyilsə, deməli siz az su içirsiz. Hər insan özü orqanizminin səsini dinləməlidir.

Ürəyiniz bulanana kimi su içməyin. Amma heç olmasa gündə 1-2 litr təmiz su tükədin.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 178
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
CANAN
Men icirem yayda daha cox icirdim.indi hava soyuyun nese ice bilmirem soyuqdu deyene su..ama yene gunde 1 litr en azi icirem
11 oktyabr 2018 14:27
4
canan qizim sirin seker qizim.
Offline
vipbetul
gune 2 litr su icilmelidir
11 oktyabr 2018 11:40
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Men su icen deyilem.Yayda su qebulu nisbeten artmalidir
11 oktyabr 2018 09:43
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Cema_Axodova
Men su icen deyilem
11 oktyabr 2018 08:46
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri