Halvanın qadınlar üçün faydaları – Həm şirniyyat, həm də maska

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 396
Səs ver:
(səs: 0)
Şərq şirniyyatı olan halva ölkəmizdə çox sevilir və istifadə edilir. Klassik halvanın tərkibində günəbaxan tumundan hazırlanır.
Amma son zamanlarda küncütdən, badamdan hazırlanan halvalara da rast gəlmək olar.

Qadinla.com bildirir ki, bu şirniyyat mikro və makroelementlərlə çox zəngindir. Bundan əlavə onun tərkibində insanın əhvalına müsbət təsir edən maddələr də mövcuddur. Bu dadlı ərzaq məhsulunda həm də qida lifləri və maltoza maddəsi var.

Halvanın qidalılıq dəyəri 100 qr-da 550 kkal edir. Onun tərkibində xolesterinin miqdarı 0-a bərabərdir.

Şərq ölkələrində bu şirniyyat növündən əsasən orqanizmi gücləndirmək məqsədilə istifadə edilir. Ağızda əriyən bu dadlı şirniyyat soyuqdəymənin ilkin əlamətləri zamanı immuniteti artırmaq və baş ağrılarını aradan qaldırmaq üçün istifadə edilir.

Halvanın daha çox qadınlar üçün faydalı olduğunu qeyd etsək yanılmarıq. O, mütləq hamilə qadınların qida rasionlarında yer almalıdır. Tərkibində çox miqdarda fol turşusu var. Bu maddə isə dölün inkişafına müsbət təsir edir. Süd əmizdirən analar da halva qəbul etsələr bu zaman uşağı vacib olan qidalı maddələrlə təmin edərlər. Bu ərzaq ana südünü vitamilərlə zənginləşdirir və daha doyumlu edir.

Halvanın tərkibində olan antioksidantlar bədəndən toksinləri kənarlaşdıraraq mədə-bağırsağın işini tənzimləyir.

Halvadan hətta kosmetologiyada da istifadə edilir. Belə ki, sağlam və hamar dəri əldə etmək üçün halvanı az bir miqdar aloe şirəsi ilə qarışdıraraq üzünüzə maska da edə bilərsiniz.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 396
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Snow White
Bu halvani sevmirem
11 sentyabr 2019 23:24
5
But my dear it's not wonderland and you are not Alice:((
Online
kivircik
Xoshlamiram bu halvani. Nedense dadi bogur elebil meni (
11 sentyabr 2019 16:06
4
Offline
Zuxa
Cox sevirem bu halvani.bezi faydalarini bilirdim
11 sentyabr 2019 14:24
3
Offline
BARBI
Halva sevirem.Maska ucun istifade edildiyini bilmirdim
11 sentyabr 2019 14:06
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Halvani çox sevirəm.Faydalarida çoxmuş.Təşəkkür
11 sentyabr 2019 13:12
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri