Bitki
mənşəli yağlar insan orqanizmi üçün çox faydalıdır. Elə buna görə də,
həkimlər gündəlik rasionumuzda bitki yağlarına yer ayırmağımızın
vacibliyini hər dəfə vurğulayırlar. Günəbaxan, qarğıdalı, zeytun, soya,
küncüt ... kimi bitki yağları vardır ki, onları mətbəximizdən
əksik etməməyimizdə fayda var. Amma biz xanımlar mətbəxdə daha çox
günəbaxan, zeytun və qarğıdalı yağlarıdır. Bugün sizə bu yağlardan ikisi
– günəbaxan və qarğıdalı yağlarından, onların fayda və zərərlərindən
yazırıq.
Günəbaxan yağı
Bu
yağ məlum olduğu kimi, günəbaxan bitkisinin tumundan hazırlanır. Onu
müxtəlif üsullarla əldə edirlər. Amma ən keyfiyyətli yağ isə soyuq sıxma
üsulu ilə alınır. Belə üsulla alınan yağ çox dadlı və xoş ətirli olur.
Tərkibindəki bioloji aktiv maddələrin demək olar ki, hamsı saxlanılır.
Günəbaxan yağının faydaları və zərərləri
Günəbaxan
yağı orqanizmdəki zərərli yağları əridən E vitaminilə zəngindir. E
vitamini ateroskleroz və digər ürək xəstəliklərini müalicə edən mükəmməl
antioksidantdır. O, immun sistemini möhkəmləndirir, yaşlanmanı
əngəlləyir, qaraciyər üçün çox faydalıdır. Tərkibindəki E vitamini
sayəsində günəbaxan yağı cinsi və digər endokrin vəzilərin
funksiyalarına yaxşı təsir edir, zülallar və karbohidratların
mübadiləsində iştirak edir və yaddaşı gücləndirir. Günəbaxan yağının
zərərli tərəfləri, demək olar ki, yoxdur. Amma onun saxlanma və ya
istifadə qaydaları pozularsa, bu zaman günəbaxan yağı sizin səhhətinizdə
mənfi təsir yarada bilər. Qeyd edək ki, günəbaxan yağı yüksək kalorili
məhsullar siyahısına daxildir. Ona görə də ondan gün ərzində 20 qram
istifadə etmək məqsədəuyğundur. Qızartma yeməkləri bişirdikdə
onun tərkibindəki faydalı komponentlər itir. Onun faydasını görmək üçün
yaxşı olar ki, ondan salatlarda istifadə edəsiniz. Məhz bitki yağının
iştirakı ilə tərəvəzlərdəki beta-karotin A vitamininə çevriləcək.
Beləliklə, günəbaxan yağı salatlar üçün daha çox idealdır.
Qarğıdalı yağı
Qarğıdalı
yağı da orqanizmimiz üçün çox faydalı bitki yağlarındandır. O qarğıdalı
dənələrindən istehsal olunur. Özünəməxsus ətri və dadı var. Kimyəvi
tərkibinə görə günəbaxan yağına bənzəyir.
Qarğıdalı yağının faydaları və zərərləri
Qarğıdalı
yağı mineral maddələrlə, kalium, fosfor, maqnezium duzları var.
Tərkibindəki E vitamini isə zeytun yağına nisbətən 10 dəfə çoxdur.
Qağıdalı yağı əzələləri möhkəmləndirir, orqanizmin müqavimətini artırır.
Əgər siz piylənmədən əziyyət çəkirsinizsə xörəkləri yalnız bu yağla
bişirməlisiniz. Kosmetoloqlar qarğıdalı yağını üzdəki qırışlara qarşı
gözəl vasitə hesab edirlər. Qarğıdalı yağı ancaq istisna hallarda onun
tərkibindəki komponentlərə fərdi həssaslıq zamanı zərərli ola
bilər.Qarğıdalı yağı bişirilərkən kanserogenlər əmələ gətirmir,
köpüklənmir və yanmır. Bu baxımdan ətin, balığın, tərəvəzlərin
qızardılması və buğlanması üçün yararlıdır.
Diqqətli olun!
Bitki
yağlarının üç əsas düşəməni var: işıq, isti və oksigen. Buna görə də
onları yanan sobanın yanında və pəncərə qarşısında saxlamaq olmaz. Yağın
saxlanıldığı qabın ağzını kip bağlamaq lazımdır.