Ərzaqların son istifadə tarixi

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 2 556
Səs ver:
(səs: 0)
Sağlamlıq baxımından əhəmiyyətli olan və alış-veriş zamanı diqqət etdiyimiz nöqtələrdən biri də son istifadə tarixləridir.

Bəzi qidaların son istifadə tarixi keçsə belə, onlar yararlılığını saxlayır.

Şokolad
Son istifadə tarixi keçsə də, şokoladın dadı dəyişmir. Uzun müddət qalan şokoladın üzərində ağ təbəqə yarana bilər. Bu, kif deyil. Onun tərkibindəki şəkər və ya yağın kristallaşmasıdır.

Çiy məhsullar
Çiy ət və ya toyuq kimi məhsullar soyuducuda 2 gündən çox qalmaz. Amma donduraraq ömrünü uzada bilərsiniz. Dondurulmuş qiymə 3-4, toyuq isə 1 ay bu şəraitdə qala bilər. Bunun səbəbi isə qida zəhərlənməsinə gətirib çıxaran bakteriyaların soyuqda inkişafının dayanmasıdır.

Çörək
Üzərində kif yaranmadığı müddətdə rahatlıqla yeyə bilərsiniz. Soyuducuda saxlamaq da çörəyin ömrünü uzadır.

Yumurta
Yumurtanın üzərindəki son istifadə tarixi nə olursa-olsun, 3-5 həftə ərzində təzəliyini qoruyur. Lakin onun “salmonella” adlı zərərli bakteriya yaratmaması üçün +5 dərəcədən aşağı temperaturda saxlanması vacibdir.

Biskvit
Biskvitin təzə olub-olmadığını boyatlaşmış və ya yumşaq vəziyyətindən anlayırıq. Lakin istehsal paketi açılmamış biskviti istehsal tarixindən 3-5 həftə sonra da yeyə bilərsiniz.

Qəhvə
Paketlənmiş qəhvəni sərin və quru yerdə saxladığınız müddətdə 2-20 ilə qədər ömrünü uzada bilərsiniz. Soyuducuda bu müddət daha da uzanır. Ancaq türk qəhvəsini soyuducuda saxlamayın. Onun nəmi qəhvənin dadını dəyişəcək.

Bal
3 min ilə qədər ömrü olan balın ən böyük sirri tərkibində nəmin olmamasıdır. Çox insan xarlanmış balı xarab olmuş qəbul edir. Lakin bu, yanlış fikirdir.

Pendir
Pendirin xarab olub-olmamasını anlamağın ən yaxşı yolu qoxusudur. Kiflənən pendirin kiflənmiş yerlərini kəsib ataraq istifadə edə bilərsiniz. Lakin qoxusu ciddi dərəcədə narahat edirsə, yeməyin.

Makaron
Mütəxəssislərə görə, quru makaronun paketini açmasanız, son istifadə tarixindən 2 il keçsə də, istifadəyə yararlıdır. Lakin təzə makaronlar belə deyil. Son istifadə tarixindən ən çox 5 gün keçməsi təqdirində yeyə bilərsiniz. Bişmiş makaron isə soyuducuda 7 gün qala bilər.

Qatıq
Marketdən alınan qatığın 6 həftə ömrü var. Qapağı açılmadan soyuducuda saxlansa, son istifadə tarixindən 1-2 həftə sonra da yararlanmaq mümkündür.

Ketçup və xardal
Ketçup və xardal kimi sosların qapağı açılmadığı təqdirdə son istifadə tarixinin keçməsindən sonra da etibarlı şəkildə istifadə oluna bilər. Ağzı açılmış ketçup 6, xardal isə 1 ilədək yararlılığını itirmir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 556
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri