İnsanı arıqladır, stressi azaldır, yaddaşı gücləndirir

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 4 403
Səs ver:
(səs: 0)
“Saqqız çeynəmək insanı arıqlada, stressin öhdəsindən gəlməyə kömək edə və yaddaşı gücləndirə bilər.
Bunu dietoloq Antonina Starodubova deyib.

“Saqqızın insan çəkisini azaltmasına dair məlumatlar var. Ancaq düşünməyin ki, saqqız vasitəsilə heç bir əziyyət çəkmədən arıqlaya bilərsiniz. Bununla belə, bəzi insanlarda saqqızın mütəmadi çeynənməsi iştahın azalması, daha az qəlyanaltı etmək ilə nəticələnib. Buna səbəb ağızın məşğul olması, həmçinin dadbilmənin dəyişməsidir”, - mütəxəssis bildirib.

Bundan başqa, çeynəyici əzələlərin işləməsi əlavə kalorilər yandırır, davamlı təkrar edilən hərəkətlər isə insanın emosional durumunu stabilləşdirir.
Məlumata görə, 15-20 dəqiqə saqqız çeynəmək qısamüddətli yaddaşa yardımçı ola bilər.

Lakin müsbət cəhətlərlə yanaşı, saqqızın mənfi təsirləri də mövcuddur. Məsələn, daimi saqqız çeynəmək artikulyasiya pozuntusu, plomb, diş tacı, vinir və implantları dağıda bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 403
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri