Yaddaşı gücləndirən qidalar 

Müəllif: Gülşən
Şərhlər: 10
Baxılıb: 3 491
Səs ver:
(səs: 1)
Türkiyəli sağlam qidalanma mütəxəssisi Aslı İçingür güclü yaddaşa sahib olmağın sirlərini paylaşıb.
Mütəxəssisin fikrincə, qarabaşaq, çovdar və yulaf kimi qidaları gündəlik qida rasionuna daxil etmək yaddaş zəifliyinin azalmasında mühüm təkan rolunu oynayır.

O, hər gün 1 boşqab tərəvəz və meyvə istehlakının yaddaşa mühüm təsirinin olduğunu dilə gətirib:

“Bundan əlavə, alma, böyürtkən, albalı, ərik, çiyələk ən yaxşı antioksidant qaynaqlarını meydana gətirir. Həmçinin üzüm, portağal, şaftalı, armud, naringi, banan, kivi, manqo da özündə çox güclü antioksidant ehtiva edir”.

Ekspert imkan olduğu təqdirdə gün ərzində 2 porsiya balıq yeməyin zehni gücləndirdiyini ifadə edib:

“Omeqa-3 yağ turşuları ilə zəngin qida rasionu yaddaş problemində əsas qalxan rolunu oynayır. Tədqiqatlar göstərir ki, Omeqa-3 yağ turşusu ilə zəngin qidalar Altsheymer riskini azaldır. Balıq istehlak edə bilmirsinizsə, gündə 1 qram Omeqa-3 əlavəsini qəbul etmək faydalıdır. Bununla birlikdə Omeqa-3 yağ turşularının istehlak miqdarı yaşa və xəstəlik vəziyyətinə görə dəyişə bilər”.

Həkim qozun yaddaşa faydalarından da söz açıb:

“Qoz Omeqa-3 yağ turşularının ən zəngin mənbələrindən biridir. Güclü yaddaşa sahib olmaq üçün gündə 3 ədəd qoz istehlak etmək qocalığa verəcəyiniz ən böyük sərmayələrdən biri olacaq”.

B12 vitamininin faydaları haqqında mütəxəssis bunları deyib:

“Tədqiqatlar göstərir ki, B, C, D və E vitaminlərinin orqanizmə faydaları misilsizdir. Bütün bu vitaminlər sağlam yemək qaydalarına riayət etməklə təbii olaraq qəbul edilə bilər. B12 vitamini çatışmazlığı xüsusilə gərgin iş rejimindən meydana gəlir. Həftədə 3 dəfə qırmızı ət, gündəlik süd, qatıq, pendir və yumurta istehlakı bədəni lazımi B12 vitamini ilə təmin edir”.

A.İçingür taxılın da yaddaşa faydalarından danışıb:

“E vitamini beyin sağlamlığı baxımından əsas antioksidantlardan biridir. Bu vitamin xüsusilə dənli bitkilərdə bol olur. Bu səbəblə gündəlik qidalanmanızda bulqur, qəhvəyi düyü, buğda, qarabaşaq yarması, çovdar, yulaf kimi qidaları mütləq istehlak edin. E vitamini həmçinin ispanaq və kələm kimi yaşıl yarpaqlı tərəvəzləri də əhatə edir”.

Son olaraq sağlam qidalanma mütəxəssisi çay və tünd şokoladın faydalarını vurğulamağı unutmayıb:

“Polifenol olan tünd şokolad beyni cavan saxlayan vasitələrdəndir. Lakin yüksək kalorili olduğuna görə məhdud miqdarda istehlak etməyi unutmayın”.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri