Axşam yeməyini tərgidin

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 3 932
Səs ver:
(səs: 1)
Qalıcı zəifləmə üçün həyat tərzini dəyişdirin
Bu gün dünyanın ən uzun yaşayan insanlarının həmişə daha zəif olanlar olduqlarının fərqinə vara bilirik. Zəif qalmağı bacarmaq eyni zamanda uzun bir ömürün zəmanəti ola bilərmi? Başa gələ biləcək hər hansı bir qəza sayılmazsa, bəli zəif qalmaq ömürü uzatmanın bir yolu sayıla bilər. Zəif qala bilmək üçün müxtəlif diyetlər hər vaxt gündəm də olsa da artıq diyet edərək qalıcı zəifləmə bacarıla bilmir. Qalıcı zəifləmə üçün ediləcək ən əhəmiyyətli yanaşma həyat tərzini dəyişdirmək olacaq.
 
Bədəndə hüceyrə təmirində və cavanlaşmada ən əhəmiyyətli iki hormon olan Growth Hormon və Melatonin axşam aclığında daha çox ifraz olunur. Bu iki hormon yuxuda bədəni təmir edir və hücresel baxımı təmin edir. Cavanlaşmaq üçün istifadə edilən yüksək xərcli böyümə hormonu axşam yeməyi tərgidərək bədənə xərcsiz ifraz etdirilə bilər.
 
Gündəlik kalori qəbulunun 'deyil azını axşam yeməyi əvvəlində almaq ciddi metabolik idarə və qan şəkərinin daha nizamlı olmasını təmin edir.
 
Axşam yeməyini tərgitmək eyni zamanda kalori məhdudlaşdırması üçün çox yaxşı bir alternativ və eyni zamanda kilo vermək üçün atılacaq ən əhəmiyyətli addımlardan biridir.
 
Axşam yeməyindən sonra tam bir şəkər bombası olan meyvə yemək isə bədənə artıqdan insilin ifraz etdirir və çox insilin sürətli yaşlanmağa səbəb olur.
 
Axşam yeməyi tərgidildikdə yuxular daha nizamlı olur. Həzm üçün istifadə edəcəi səyi bədən özünü təmir üçün sərf etdii üçün səhər daha istirahət etmiş və daha enerjili olaraq günə başlayarıq.
 
Hər nə qədər gündəlik həyatda axşam yeməyi eyni zamanda bir ictimailəşmə və bütün ailə fərdlərinin bir araya gəldiyi bir paylaşma kimi görülsə də daha çox zaman itirmədən bu vərdişdən imtina etmək lazımdır. Axşam yeməyini atlamağı mümkünsə hər gün edin. Bu vəziyyətdə çox yaxşı kilo nəzarəti təmin edərsiniz. Həftədə ən az iki gün edə bildiyinizdə isə ortalama kilo qəbulu ilə yaxşı bir metabolik yaxşılaşma əldə edərsiniz. Axşam yeməyini atlamaq qalıcı kilo itkisinin və cavanlaşmanın ən əhəmiyyətli açarı ola bilər.
 
Aclıq hissi yaşandığında bu vəziyyət şəkərsiz bitki çayları ilə aradan qaldırılmağa çalışılmalıdır. Saat başı içiləcək bu şəkildəki isti çaylar həm həzmi rahatlaşdırar, həm bağırsaqları yumşaldar, həm də toxluq hissi verər. İlk günlərdə çox acıldığında 1 çay qaşığı balla dadlandırılmış süd içilə bilər. Süd həm laktik turşu səviyyəsini yüksəldər bədəni boşaldar, həm də aclıqda təməl ehtiyac olan şəkəri bədənə verər.

/Mənbə: Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri