Hansı rəngli qida nəyə yaxşı gəlir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 130
Səs ver:
(səs: 0)
Amerika Xərçəng Dərnəyi və John Hopkins Xəstəxanasının apardığı ortaq araşdırma diyeti meydana gətirən rənglərin xəstəliklərlə yaxın əlaqəsi olduğunu ortaya çıxardı. Tərəvəz və meyvədən zəngin diyet xərçəng və xroniki xəstəlik riskini azaldır. Ağlar xolesterolu azaldarkən, bənövşəyilər xərçəng və yaddaşda çox təsirlidir. " Nə yeriksə, oyuq" sözü bir daha təsdiqləndi. Aparılan son işlər, gündəlik olaraq 5 və üzərində rəngli tərəvəz və meyvə istehlakının sağlam həyat üçün çox əhəmiyyətli olduğunu sübut etdi. Tərəvəz və meyvələrin təmin etdikləri vitamin, mineral, sıxa (lifli qidalar) və fitokimyəvi ilə sağlamlığı inkişaf etdirdikləri, yaşlanmanın səbəb olduğu təsirlərin qarşısını aldığı, xərçəng və ürək xəstəlikləri riskini azaltdıqları təyin olundu.  Hansı rəngli qida nəyə yaxşı gəlir  
AĞ QİDALAR Ağ rəngli qidalar LDL xolesterolu azaldıb, ürək xəstəlikləri riskini azaldır. Banan, armud, gül kələm, sarımsaq, soğan, göbələk, kartof kimi ağ rəngli qidaları istehlak edərək ürək xəstəlikləri riskinizi minimuma endirməniz mümkündür.  Hansı rəngli qida nəyə yaxşı gəlir  
MAVİ VƏ BƏNÖVŞƏYİ Mavi və bənövşəyi rəngli qidalar təsirini ən çox yaddaş üzərində göstərir. Bu rəngdəki qidalar bir çox xərçəng növünə (başda prostat xərçəngi olmaq üzrə) tutulma riskini azaldır. Qan dövran sisteminin qorunmasına və sağlam yaşlanmağa da kömək edir. Ərik, qara üzüm, badımcan, böyürtkən, əncir, çöl mersini, kələm kimi qidaları tez-tez istehlak etməyə diqqət edilməsini mütəxəsislər xəbərdarlıq edir.  Hansı rəngli qida nəyə yaxşı gəlir  
SARI VƏ NARICI Sarı və narıncı rəngli qidalar immunitet sisteminin güclənməsini təmin edir. Göz və ürək xəstəliklərinə qarşı qalxan meydana gətirir. Portağal, şaftalı, mango, qovun, kök, ananas, üzüm, balqabaq, ərik, sarı alma, qarğıdalı bu rəng qidalar arasındadır.  Hansı rəngli qida nəyə yaxşı gəlir  
YAŞIL QİDALAR Yaşıl rəngli qidalar sümükləri qoruyur, dişləri gücləndirir, göz sağlamlığına zərər gəlməsinin qarşısını alır. Bəzi xərçəng növlərinə tutulma riskini də azaldır. Yaşıl rəngli qidalar arasında kivi, ispanaq, brokoli, brüksel kələmi, kahı, kələm, avakado, yaşıl alma, xiyar, bibər, təzə soğan, roka kimi qidalar iştirak edir.  Hansı rəngli qida nəyə yaxşı gəlir  
QIRMIZI QİDALAR Pomidor, qırmızı alma, çiyələk, qarpız, ahududu, albalı, turp kimi qırmızı qidalar sağlamlıq cəhətindən olduqca əhəmiyyətlidir. Qırmızı rəngli qidaların Alzheimer xəstəliyindən qorunmaqda baş rolu oynadığı artıq sübut edildi. Qırmızı qidalar, ürəyin qan axınını təşkil edir və üriner sistemin sağlamlığını da qoruyur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri