Hansı məhsulları ac qarına yemək olmaz?

Müəllif: Wiyinka
Şərhlər: 13
Baxılıb: 3258
Səs ver:
(səs: 4)
Səhər yeməyi düzgün olmalıdır. Buna səbəb odur ki, bəzi məhsullar mədə-bağırsaq traktına mənfi təsir göstərə bilirlər.
İnsanın əhvalı onun qidalanmasından bilavasitə asılı olduğuna görə, səhər ac qarına nə yeyəcəyiniz çox önəmlidir. Uzun müddət boş qalan mədəyə bəzi məhsulların düşməsi, həzm sisteminə pis təsir edir. Hətta bu məhsulların sistematik qəbulu, köpün əmələ gəlməsi, mədənin selikli qişasının pozulması, qastrit və digər pozulmalara səbəb ola bilir. Beləliklə sizə bu məhsulların siyahısını təqdim edirik:

- Soyuq içkilər.
7-8 saat yuxu ərzində xeyli maye buxarlandığına görə, orqanimz mayeyə ehtiyac duyur. Səhərlər su içmək lazımdır, çünki su içməklə, siz, mədə-bağırsaq traktını səhər yeməyi üçün hazırlamış olursunuz. . Lakin bu ev temperaturunda su olduqda belə olur. Soyuq su içdikdə isə mədənin selikli qışası qıcıqlanır. Bundan əlavə soyuq su, mədə damarlarını daraldır, qan dövranı pisləşir, bu isə qidanın həzm prossesinə təsir göstərir.

- Un məmulatları.
Bu məhsulların tərkibində əsasən maya olduğundan, onun isə köp əmələ gətirdiyinə görə, səhərlər un məmulatlarının qəbulu məsləhət görülmür. Böyük ehtiyac duyulduğunda mayasız məhsulları istifadə edə bilərsiniz.

- Qəhvə.
Bir çoxlarımız üçün səhər məhz 1 fincan qəhvə ilə başlayır. Qəhvə sevərlərin nəzərinə çatdırırıq ki, tərkibində olan kofein, mədəyə düşdükdə selikli qişanı qıcıqlandırır, bunun nəticəsində isə mədə şirəsinin sekresiyası çoxalır. Ən əsası isə, qəhvədən başqa heç nə yemədikdə, ifraz olunan turşuluq(mədə şirəsi) mədə toxumasını yeyir, bu da qastritin yaranmasına səbəb olur.

- Şirni.
Səhərlər şirni yemək vərdişindən azad olmaq lazımdır. Bu sizi ciddi metobolizm pozğunluğu və şəkər xəstəliyində xilas edəcək. Səbəb odur ki, mədəyə böyük dozada şəkər düşdükdə, mədəaltı vəz bu ağırlığa tab gətirmir və var gücü ilə işləməyə məcbur qalır. Çoxlu miqdarda insulin, qanda olan şəkərin səviyyəsini normallaşdırır, bundan sonra isə insan zəiflik və apatıiya hissi keçirir. Beləliklə uzun müddət ac qarına şirni yedikdə, siz, mədəaltı vəzin işini korlayırsınız. Bu isə onun əsas funksiyası olan insulinin normal səviyyədə hasilatına təsir edir.

- Sitrus meyvələr.
Portağal və qreypfrut şirəsi sevənlərə məlsəhət görülür ki, səhərlər bu vərdişlərindən imtina etsinlər. Çünki ac qarına sitrus meyvələri yemək - qastritə aparan ən qısa yolu seçmək deməkdir. Sitrus meyvələrinin tərkibibində olan turşu, mədə divarını yeyir və qastritin yaranmasına təkan verir.

- Armud və xurma.
Bu məhsulların tərkibində kobud sellüloz var. O isə, mədə-bağırsaq traktına düşdükdə selikli qişanı zədələyir və onun işini ləngidir.

- Sarımsaq.
Tərkibində olan allisin maddəsi, mədə divarları və öd kisəsini qıcıqlandırır, bununla da onların aktivliyinə təsir edir.

(səs: 4)
Şərhlər: 13
Baxılıb: 3258
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
emis
faydali meslehetlerdi,cox ziyandi ac qarina soyuq ickiler, ama meyve niye olmaz ki xeyurli deyilmi,onsuzda bunlari heckim yemir seher seher tek tuk hallarda olar sirniyyat ve un kimi seyler,hele sarimsaq goren kimdi seher seher ac qarina sarimsaq yeyen
28 aprel 2015 02:11
13
Offline
aliceWOnDer
sirniyyatsizve sokolatsiz bir gun olmur
26 aprel 2015 17:39
12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Narın Yağış
Kofe birde wirniyyatdan vazgecemem :)
26 aprel 2015 14:01
11
Düşsən üstündən keçəcək insanlar var...

Ayaqda qal...
Offline
tatyana
men seherler gunume kofeyle baslamasam gun erzinde yox kimi olaram,her seher yalniz bir caska kofe icirem,yeqin ziyaninin heleki hiss etmirem
26 aprel 2015 13:17
10
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
vipbetul
bunlarin bezileri seherler qebul olunur
26 aprel 2015 13:13
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Catwoman666
Sitat: asya muslumova
xurmani orucluqda yeyiller axi

Iftrai xurma ve su ile birlikde acirlar. Sonra da yemeye baslayirlar. Yeni bir tehlukesi yoxdur)
26 aprel 2015 13:09
8
Viking
Offline
Nezka
Heç yemək yeyirəm ki? Səhəri,günortası,axşamı da ola
26 aprel 2015 13:06
7
İçimi görsən mənə aptek alarsan.
Offline
rəmsə
Talış balası nə 3-4 dişshokMən dərman boyda bap-balaca utdururdum.
26 aprel 2015 13:01
6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Meleknur
Un memulatlari ve wirni yeyirem bezen
26 aprel 2015 12:34
5
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Offline
rəmsə
Ac qarnına sarımsaq istifadə etmişəm,özümdə,uşaqlara da vermişəm.Ziyan olduğunu bilmirdim.Ama bizə həkim demişdi ki,səhər-səhər boş mədəyə dərman boyda sarımsaq udun,qurdlar məhv olacaq.
26 aprel 2015 10:47
4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
BARBI
Mende bezilerini ac qarnina yeyirem ama medeni agridir
26 aprel 2015 09:38
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Faydalı məlumatlardı , ac qarına heç birindən istifadə etmirəm sadəcə xurmanı başa düşmədim çünki oruc tutarkən bir ay ərzində ac qarına ilk xurmadan istifadə olunur..
26 aprel 2015 09:16
2
Offline
Tomris Müslümova
xurmani orucluqda yeyiller axi
26 aprel 2015 09:10
1
Mənim olan bu heart səni çox sevir!!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri