Qırmızı rəngli meyvə və tərəvəzlər hansı problemlərin çarəsidir?

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 4 253
Səs ver:
(səs: 1)
Qırmızı enerjinin rəngidir. Bu rəngdə olan meyvə və tərəvəzlər gündəlik qida menyumuzda mütləq olmalıdır.
Meyvə və tərəvəzlər qırmızı rəngi likopen və antosiyan adlı maddələrdən alırlar.
Pomidor, qreypfurt, qarpız, itburnu, turp və digər qırmızı rəngli qidaların ehtiva etdikləri likopen xərçəngin bir çox növündən qoruyucu funksiyanı yerinə yetirir.
Likopen prostat vəzinin xərçəngi, həzm sistemi, döş, dəri xərçəngi xəstəliklərinə yaxalanma riskini 30-40 faiz azaltmağa qadirdir.
Xüsusilə pomidorun tərkibindəki likopen sağlamlıq üçün çox faydalıdır. Adətən tərəvəzləri bişirdikdə onların qida dəyərlərinin azaldığını və onların tərkibindəki vitaminlərlə mineralların itkiyə getdiklərini bilirik. Maraqlıdır ki, bu qanun pomidorun tərkibindəki likopen üçün keçərli deyil.
Çünki pomidor bişdikcə onun tərkibindəki likopen orqanizm tərəfindən əmilməyə daha uyğun hala gəlir.
Məsələn, pomidor suyu, ketçup, tomat və bişmiş pomidor yedikdə çiy pomidordan aldığımızdan 2-3 dəfə daha çox likopen qəbul etmiş oluruq. Ona görə də pomidoru 5-6 dəqiqə bişirdikdən sonra yemək tövsiyə olunur.
Çiyələk, tut kimi meyvələrə qırmızı rəngi verən isə antosiyanin adlı maddədir.
Bu maddənin funksiyası bir az fərqlidir. Belə ki, antosiyanin insan sağlamlığı üçün zərərli olan bakteriyaların inkişafına əngəl olur və onları məhv edir. Yaz aylarında çiyələk yeyərək ağcaqanadların daşıdıqları zərərli bakteriyaların təsirindən qoruna bilərsiniz.
İtburnu da qırmızı rəngli meyvələrdən biridir. İtburnunun ən böyük üstünlüyü ən çox C vitamini ehtiva edən meyvə olmasıdır.
Onun tərkibindəki C vitamini portağaldakından 8 dəfə çoxdur.
Onu da qeyd edək ki, qırmızı rəngli bütün meyvə və tərəvəzlər antioksidant baxımından zəngindir. Bu antioksidantlar bizi ürək xəstəliklərindən qoruyurlar.
Ona görə də mövsümi qırmızı meyvə və tərəvəzlərlə qidalanın.
Ən faydalı qırmızı meyvə və tərəvəzlər:
Pomidor, qarpız, itburnu, çiyələk, qara tut, albalı, gilas, qreypfurt, qırmızı turp, qırmızı kələm, qırmızı bibər, qırmızı soğan.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri