Unun bilmədiyiniz istifadəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 112
Səs ver:
(səs: 3)
Unu yalnız xəmir işi etmək üçün istifadə edənlər bu xəbərə çox sevinəcək. Unun həyatınızı asanlaşdıracaq bəzi istifadələri:

Bankaları bağlamadan əvvəl qabın kənarına un sürtsəniz, daha sonra asanca aça bilərsiniz.

Parlaqlığını itirən paslanmayan polad sink quruyarkən un səpin və ovun. Təmizlədikdən sonra parlayacaq.

Qarışqaların evinizə girdiyi yerlərə un tökərək onları uzaq tuta bilərsiniz.

Bağçaya əkdiyiniz kartofların ətrafına un səpərsəniz, böcəklərin ona zərər verməsinin qarşısını ala bilərsiniz.

Bərabər miqdarda un və balı qarışdıraraq sızanağınızın sürtsəniz və səhərə qədər gözlətsəniz, oyandığınızda şişin endiyini görəcəksiniz.

Təcili olaraq evdən çıxmanız lazımdır və duş qəbul edəcək zamanınız yoxdursa, yağlı saç diblərinə un səpərək quru şampun kimi istifadə edə bilərsiniz.

1 kasa qırmızı qarağatı əzib 2-3 qaşıq un ilə qarışdırın və dərinizə sürtüb 25 dəqiqə gözləyin. Bununla dəridəki toksinlərdən təmizləyici bir maska əldə edə bilərsiniz.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 2 112
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri