Ramazanda xurma yemək nəyə faydalıdır?

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 6 006
Səs ver:
(səs: 3)
Ramazan ayında, adətən, orucu xurma ilə açmağı məsləhət görürlər. Əlbəttə ki, bu səbəbsiz deyil. Həkimlər xurmanın ən şəfalı meyvələrdən biri olduğu qənaətindədirlər. Məsələn, türkiyəli həkim Ayça Kaya Ramazanda xurma yeməyin orqanizmə faydalarından danışıb.

Doktor Ayça Kaya bildirir ki, xurmanın əsas 6 faydası var. Ona görə də mütləq bu meyvəni qida rasionuna daxil etmək lazımdır.

*Xurmada çoxlu miqdarda lif var. Liflə zəngin qidalar mədədə şişərək toxluq hissi verir.

* Xurmanın ehtiva etdiyi liflər bağırsaqların işini asanlaşdırır və qəbizliyin qarşısını alır.

*İmsakda 2 ədəd xurma yemək insanı tox saxlayır. Xurma ilə qatığı birlikdə yemək qanda şəkəri tənzimləyir və baş ağrısı, yorğunluq kimi halları aradan qaldırır.

*Xurmanı, sadəcə, Ramazan ayında deyil, mütəmadi olaraq həftənin 3-4 günü yemək lazımdır. Çünki xurma qəlyanaltı üçün ən ideal qidadır. Qəlyanaltı zamanı qatıqla birlikdə yeyilən 5-6 ədəd xurma axşam daha az yeməyinizə səbəb olacaq.

* Xurma A və B qrupu vitaminləri ilə zəngindir.

*Əsəb sistemini sakitləşdirir, həmçinin, görmə qabiliyyətini artırır.

Bir ədəd xurma 20 kalori ehtiva edir. Ona görə də hər dəfə 3 ədəddən çox yemək məsləhət deyil.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 6 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri