Yayın isti günlərində sərinlik gətirən qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 381
Səs ver:
(səs: 1)
Bu isti günlərdə sərinlik verən qidalardan faydalanmaq lazımdır.
Bəs hansı yeməklər sərinləməyə və özünüzü daha fərəh hiss etmənizə yardım edəcək?

Xiyar.
Susuzluğu aparır. Yüksək lifli olduğu üçün tox hiss etdirir, su tərkibinə görə də susuzluğu aradan qaldırır.

Qarpız.
Qan təzyiqini tənzimləyir. Yay aylarında ən çox yeyilən meyvələrin başında gələn qarpız potasium, liflə zəngindir, həzm sistemi üçün faydalı olub, ürək sağlamlığına müsbət təsirləri də var. Yüksək su tərkibli olduğu üçün sərinlik verir. Gündə 3-4 dilim yeyə bilərsiz. Çox yesəniz, kökələ bilərsiz.

Dovğa.
Sərinlik verir. Tərkibindəki noxud qida dəyərini artırır. İçinə təzə nanə yarpaqları da qata bilərsiz.

Çiyələk.
C vitamini, folat və antioksidan tərkibi ilə diqqət çəkən çiyələk, yüksək su tərkibi ilə sərinləməyə yardım edir. Çiyələkdən yay ayında sərinlədən parktik "smoothie" də hazırlaya bilərsiz. Bunun üçün yarım stəkan süd, yarım stəkan qatıq, 7-8 ədəd çiyələk və buz lazım olacaq.

Mineral su.
Su və mineral itkisini əngəlləyir. Yay aylarında yaşanan tərləməylə bağlı su itkisi çox yaşanır. Gündə bir stəkan mineral su ilə həm bədəndən azalan maqnezium və kalsium minerallarını bərpa edə, həm də sərinləyə bilərsiz. Ancaq yüksək təzyiq və mədə probleminiz varsa, həkimlə məsləhətləşməyi unutmayın.

Nanə.
Nanə mədə bulantısına qarşı faydalı olub, həzm sistemini tənzimləyir.

Buz və nanə əlavə edilmiş bir stəkan ayran yanan ciyərinizi sərinlədəcək.
 
Pərpəteyn.
Pərpəteyn ürəyinizi qoruyur. Ürək damar sağlığına faydalı olan Omega 3-lə zəngin, lif, vitamin, mineral tərkibli bu göyərti yay süfrələrində mütləq olmalıdır.

Qatıq.
Qatıq maddələr mübadiləsini sürətləndirir. Kalsium tərkibi ilə sümüklərin güclənməsinə həm də maddələr mübadiləsinin daha sürətli işləməsinə kömək edir. Həzmi tənzimləyən qatıq süd içə bilməyənlər üçün də yaxşı alternativdir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri