Harvard Universitetinin professorlarının 30 ildir üzərində işlədiyi araşdırma qəhvənin insanın ömrünü uzatdığını sübut edib.
168 min qadın və 40 min kişinin iştirak etdiyi araşdırmanın nəticələrinə görə, qəhvə, xüsusilə, ürək və şəkər xəstələri üçün çox əhəmiyyətlidir. Alimlər bildirirlər ki, gündə 5 fincan qəhvə içmək ürək və şəkər xəstələrinin ölüm riskini azaldır.
Həm də qəhvə içən insanlar intihara meylli olmurlar. Qəhvə bir sıra psixoloji problemin də çarəsi ola bilər.