Faydalı olduğunu zənn etdiyimiz zərərli qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 897
Səs ver:
(səs: 2)
Faydalı olduğunu zənn etdiyimiz pəhriz yeməyi normal qidalarla müqayisədə daha kalorili ola bilər. Əksəriyyətimiz dəbdə olan dietaları və dieta məhsullarını sınamağı çox sevirik. Çəki itirməyimizi asanlaşdıran qidalardan başlayaraq nəyin faydalı olub olmadığı haqqında tərəddüddə olduğumuz çoxlu sayda qida seçimimiz var. Hal-hazırda marketlərdə yüzlərlə "vitaminli”, "lifli” və s. Qidalar tapa bilərik. Bəs bunlar çəki itirməkdə necə köməklik göstərir. Əgər "İçindəkilər” siyahısı bir iki maddəni keçirsə, onda məsləhətimiz onlardan əl çəkməyiniz istiqamətindədir. Tərkibi geniş olan qida və içkilər adətən bəsit şəkər tərkiblidirlər. Əgər bir içki kalorisi az olduğu halda şəkərlidirsə, onda bu, o deməkdir ki, həmin içkiyə bel bölgəniz üçün heç də yaxşı olmayan süni "dadlandırıcılar” daxildir. Araşdırmalar göstərir ki, "dadlandırıcılar” metabolizmi yavaşladır. Çalışın ki, su, kofe, çay kimi təbii içkilərə üstünlük verəsiniz. Kalorisinin az olduğunu düşünərək evdə hazırladığınız və ya aldığınız smoothie-lər bir cheeseburger-dən daha kalorili ola bilər. Tərkibindəki meyvə və tərəvəz miqdarı, bəzən də tərkibinə qatılan şəkər nəzərə alınarsa, bir smoothie 650-1000 kalori ola bilər. Ara qidalar üçün özünüzlə götürdüyünüz çərəzlərin də yüksək kalorili olduğunu nəzərə almalısınız. Donmuş yoqurtlar dondurmalardan daha az kalorili imiş kimi görünür. Doymuş yağ baxımından elə olsa da, şəkər baxımından bir-birlərinə yaxındırlar. Quru meyvələr. Sandığınız kimi quru meyvələr heç də məsum deyillər. Sadəcə iki ovuc quru meyvə ilə də 600 kalori almaq mümkündür.
Bütün bunlar əvəzinə məsləhətdir ki, bolluca təbii meyvə ilə qidalanıb, gün ərzində içdiyiniz su miqdarını artırasınız.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri