Pendir - demək olar ki, hami tərəfindən sevilən çox xeyirli və dadlı süd məhsuludur.
Onun
xeyirli xüsusiyyətləri qida dəyərinə bağlıdır. Pendirin tərkibində
insan orqanizmi üçün vacib olan zülal, süd yağı, mineral maddələr,
vitamin və ekstraktiv maddələr vardır. Onların konsentrasiyası ,süddə
oaln miqdardan 10 dəfə daha yüksəkdir. Məhz buna görə 50 qr pendir
yemək, 0.5 lt süd içməyə bərabərdir. Pendirin tərkibində olan zülal,
südün tərkibində olan zülaldan daha yaxşı mənimsənilir. Pendirin
tərkibinin 3% — i mineral maddələrdən ibarətdir ki, onların böyük
hissəsini kalsiy və fosfor, qalan hissəsini isə sink, yod, selen, dəmir,
mis və kaliy tutur. Tərkibi həmçinin A, B1, B2, B12, C, D, E, PP
vitaminləri və pantoten turşusu ilə zəngindir. Enerji dəyərinı gəldikdə
isə tərkibində olan yağ və zülaldan asılı olaraq dəyişərək, ümumilikdə
isə 100 qr məhsula 300-400 kkal təşkil edir.
Nə üçün bu qədər xeyirlidir?
Ekstrativ
maddələr həzm vəzilərinə yaxşı təsir edərək, iştahı artırır. Tərkibində
olan zülal insan orqanizminin əvəzedilməz bioloji mayesi olan qan və
limfaların ayrılmaz hissəsi olub, həmçinin imun telləri, hormon və
enzimlərinin vacib komponenti sayılır.
Pendir
- universal qida məhsulu olaraq, zülal, kalsiy və kalinin əvəzedilməz
mənbəyi sayılır. Bu isə hamilə, süd verən və ağır fiziki yüklə məşğul
olan insanlar üçün çox məsləhətlidir.
Tərkibində
olan B qrup vitamini qan artımına müsbət təsir göstərir, B1 iş
qabiliyyətini artırır, B2 isə enerji istehsalına səbəb olaraq,
toxumaların tənəffüs proseslərində katalizator rolunu oynayır. Az
yaşlarında B2 vitamininə olan çatışmazlıq boy artımının inkişafını
ləngidir. Yadda saxlamaq lazımdır ki, uşaqlar üçün gündəlik norma — 3 qr
təşkil edir. 1 yaşa qədər körpələr isə ümumiyyətlə məsləhət görülmür.
Bu
məhsulu gündəlik rasiona salaraq, siz, dəri, saç və dırnaqlarınızın
vəziyyətinin yaxşılaşmasını müşahidə edəcəksiniz. Tərkibində olan A
vitamini isə görmə qabiliyyətinə yaxşı təsir göstərir.
Mütəxəssislərin
rəyinə görə, pendiri əsasən səhər saatlarında (9:00 — 11:00)yemək
məsləhət görülür, belə ki, bu halda onun bütün xeyirli maddələri
mənimsənilir